Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:25
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Fransa prezidenti Belarus xalqına müraciət edib

Emmanuel Makron , Kiyev, 8 fevral 2022
Emmanuel Makron , Kiyev, 8 fevral 2022

Fransa prezidenti Emmanuel Makron sosial şəbəkələrdə belarus xalqına müraciət edib.

"Belarus Rusiyanın Avropaya yönəlmiş nüvə raketləri üçün məkana çevrilə bilməz. Belarus gənclərinin Avropa, demokratiya və azadlığı seçmək hüququ var. Biz buna hazırıq. Belarusun gələcəyi üçün. Ukrayna üçün. Avropa üçün".

Bu gün Belarusda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirilir. Əgər onlar təsdiqlənsə, Belarus neytral dövlət statusundan imtina edəcək.

Putin strateji çəkindirmə qüvvələrinə xüsusi döyüş növbətçiliyinə keçirməyi əmr edib

O, belə bir əmri Kremldə keçirilən görüşdə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova verib. Putin “aparıcı NATO ölkələrinin yüksək vəzifəli şəxslərinin” Rusiyaya qarşı “aqressiv bəyanatlarına” istinad edib. Putin Rusiyaya qarşı sanksiyaları da “qanunsuz” adlandırıb.

Xarkova hücumun qarşısı alınıb

Ukraynanın Strateji Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi səhər saatlarında Rusiya texnikasının və hərbi personalının Xarkov ərazisinə müdaxiləsinin dayandırıldığını bildirib.

Sosial şəbəkələrdə istifadəçilər zədələnmiş avadanlıq haqqında məlumat dərc edirlər.

Almaniya Rusiya təyyarələri üçün səmasını 3 ay müddətinə bağlayır

İtaliya və Almaniya Rusiya üçün hava məkanını bağlayır. Almaniyanın bununla bağlı qərarı fevralın 27-si Moskva vaxtı ilə saat 17:00-da qüvvəyə minir. Rusiya təyyarələri üçün Almaniya hava məkanı 3 ay müddətinə bağlı qalacaq.Bu barədə "Handelsblatt" qəzeti Almaniya Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

İsveç də hava məkanını bağlayacaq, AB naziri Hans Dahlqren İsveç Radiosuna müsahibəsində bildirib.

Davamı

XS
SM
MD
LG