Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:48
Kiyev, 26 fevral 2022
Kiyev, 26 fevral 2022

Rusiyanın Ukraynaya təcavüzünün 4-cü günü

  • Fevralın 25-də Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyevə raket zərbələri endirib. İşğalçı qüvvələr Kiyevin ətrafında irəliləməkdədir.

Rusiyanın Ukraynaya hücumunun birinci günü haqda burada oxu

Xarkova hücumun qarşısı alınıb

Ukraynanın Strateji Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi səhər saatlarında Rusiya texnikasının və hərbi personalının Xarkov ərazisinə müdaxiləsinin dayandırıldığını bildirib.

Sosial şəbəkələrdə istifadəçilər zədələnmiş avadanlıq haqqında məlumat dərc edirlər.

Putin strateji çəkindirmə qüvvələrinə xüsusi döyüş növbətçiliyinə keçirməyi əmr edib

O, belə bir əmri Kremldə keçirilən görüşdə müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova verib. Putin “aparıcı NATO ölkələrinin yüksək vəzifəli şəxslərinin” Rusiyaya qarşı “aqressiv bəyanatlarına” istinad edib. Putin Rusiyaya qarşı sanksiyaları da “qanunsuz” adlandırıb.

Fransa prezidenti Belarus xalqına müraciət edib

Emmanuel Makron , Kiyev, 8 fevral 2022
Emmanuel Makron , Kiyev, 8 fevral 2022

Fransa prezidenti Emmanuel Makron sosial şəbəkələrdə belarus xalqına müraciət edib.

"Belarus Rusiyanın Avropaya yönəlmiş nüvə raketləri üçün məkana çevrilə bilməz. Belarus gənclərinin Avropa, demokratiya və azadlığı seçmək hüququ var. Biz buna hazırıq. Belarusun gələcəyi üçün. Ukrayna üçün. Avropa üçün".

Bu gün Belarusda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendum keçirilir. Əgər onlar təsdiqlənsə, Belarus neytral dövlət statusundan imtina edəcək.

Zelenski ilkin şərt olmadan Rusiya ilə danışıqlara razılıq verib

Ukrayna prezidentinin ofisi Vladimir Zelenski ilə Aleksandr Lukaşenko arasında telefon danışığı baş tutub. Siyasətçilər Ukrayna nümayəndə heyətinin Pripyat çayı yaxınlığında Ukrayna-Belarus sərhəddində ilkin şərt olmadan Rusiya nümayəndə heyəti ilə görüşəcəyinə razılaşıblar.

Aleksandr Lukaşenko Ukrayna nümayəndə heyətinin keçidi, danışıqları və geri qaytarılması zamanı Belarus ərazisində yerləşdirilən bütün təyyarələr, helikopterlər və raketlərin yerdə qalacağını öhdəsinə götürüb.

Davamı

XS
SM
MD
LG