Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:27

Rusiya hərbiyyəsi Ukraynada eyni səhvləri təkrar edir - Qərb mediası


General Dvornikov Suriyada daha çox yaşayış məntəqələrini bombardman etməsi ilə tanınıb və mülkiləri hədəfləməkdə ittiham olunub
General Dvornikov Suriyada daha çox yaşayış məntəqələrini bombardman etməsi ilə tanınıb və mülkiləri hədəfləməkdə ittiham olunub

Vladimir Putinin Ukraynada əməliyyatlara general Aleksandr Dvornikovu yeni komandan təyin etməsi göstərirdi ki, Moskvanın ilkin hərbi planı işləmir

Rusiyanın əzişdirilmiş və demoralizə olmuş hərbi qüvvələri Ukraynanın şərqini ələ keçirmək üçün apardığı hərbi kampaniyada eyni səhvləri təkrar edirlər.

The New York Times yazır ki, bunu ABŞ-ın vəzifəli rəsmilərindən biri deyib.

Qəzetin yazdığına görə Pentaqon rəsmisi bildirib ki, Rusiya qüvvələrinin ləng və ağır hərəkəti əsgərləri əldən salır və bu qüvvələr döyüşkənliyinin 20 faizini artıq itirib.

Pentaqonun nümayəndəsi ötən həftə Rusiya silahlı qüvvələrinin Ukraynada müharibə başlanandan 1000-dək tank itirdiyini demişdi.

Məqalə müəllifinin fikrincə, prezident Vladimir Putinin Ukraynada əməliyyatlara general Aleksandr Dvornikovu yeni komandan təyin etməsi göstərirdi ki, Moskvanın ilkin hərbi planı işləmir.

Qəzet yazır ki, general Dvornikov işə başlayandan dərhal sonra bir-birilə əlaqəsiz fəaliyyət göstərən hava və quru qüvvələri arasında koordinasiya yarada bilmişdi.

Amma indi yeni komandan artıq iki həftədir ki, gözə dəymir. Bu, onun da komandanlıqdan uzaqlaşdırılmasına dair şayiələr yaradıb.

Təyyarəçilərin səhvləri

Pentaqon ekspertləri deyirlər ki, Rusiyanın hərbi təyyarəçiləri müharibənin ilk həftələrində olduğu kimi risklə bağlı eyni səhvlərə yol verirlər.

Onlar Ukraynaya səmasına daxil olaraq zərbə endirib dərhal da geri uçmaq əvəzinə Ukrayna səmasında qalaraq düşmənin qarşısını kəsməyə çalışırlar.

Məqalədə deyilir ki, bu səhvlərin ucbatından Rusiya qüvvələri hələ də hava hegemonluğuna sahib ola bilməyib.

Qeyd olunur ki, Rusiya hərbçiləri Ukraynanın şərqində müəyyən irəliləyişə nail ola biliblər. Bu onunla əlaqədardır ki, Rusiya bura çox sayda canlı qüvvə və artilleriya qurğuları gətirib. Üstəlik buradakı Rusiya qüvvələrinin təchizat xətti də qısadır.

Rusiya üç ay davam edən qanlı döyüşlərdən sonra nəhayət ki, Mariupolu götürə bilib və beləliklə Rusiya ərazisindən ilhaq edilmiş Krıma potensial quru yolu açılıb.

Məqalədə deyilir ki, Rusiya qüvvələri irəliləməyə çalışır və Ukrayna qüvvələri də itki verirlər. Rusiya bir həftədən artıq davam edən ağır bombardman və hücumlardan sonra Severodonetsk şəhərinin 70 faizinə nəzarəti ələ alıb.

Uğurlu əks-hücumlar

The New York Times yazır ki, bəzi ərazilərdə Rusiya qüvvələrinin ələ keçirdiyi ərazilər Ukrayna qüvvələri tərəfindən geri alınıb.

Rusiya qüvvələri 1.5 milyon əhalisi olan Xarkov şəhərini 6 həftə bombardman etdikdən sonra Ukrayna qüvvələri tərəfindən geri oturdulub.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib ki, Ukrayna qüvvələri Xarkov və ətraf ərazilər üzərində nəzarətə tam sahiblənə biliblər.

Avropadakı müttəfiq qüvələrin keçmiş komandanı, istefada olan general Filip Bridlav deyib ki, hazırda Ukrayna qüvvələri Rusiya qoşunlarını Xarkovdan şimalda və şərqdə sıxışdırır və bəzi hallarda onları Rusiya ərazisinədək geri oturdur.

Generalın sözlərinə görə ukraynalılar Rusiyanın təchziat xətlərini tamamilə kəsə bilərlər.

Rusiya qüvvələrinin Xarkovdan şərqdə təchizat xətlərinin kəsilməsi onları müharibənin əvvəllərində Kiyev ətrafındakı vəziyyətə sala bilər.

O vaxt Ukrayna qoşunları Rusiya qüvvələrinin hücumun qarşısını almış və Rusiya çox sayda canlı qüvvə və texnika itkisi vermişdi.

The New York Times yazır ki, Rusiya müharibənin əvvəllərində kampaniyaya Moskvadan komandanlıq edirdi və əslində mərkəzi komandanlıq yox dərəcəsində idi.

Buna görə də logistika və ordunun əhval-ruhiyyə problemləri üzə çıxanda Putin general Dvornikovu komandanlığa gətirdi.

Ukraynalı psixoloqlar müharibə vaxtı uşaqlara necə dəstək olmaqdan danışır
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Dərin qüsurlar

General Dvornikov karyerasına 1982-ci ildə taqım komandiri kimi başlayıb və Rusiyanın Çeçenistandakı qanlı kampaniyasında iştirak edib. Moskva bundan sonra onu Suriyaya komandan göndərib. O burada daha çox yaşayış məntəqələrini bombardman etməsi ilə tanınıb və mülkiləri hədəfləməkdə ittiham olunub.

Lakin American Enterprise İnstitutunun Kritik Təhlükələr (Critical Threats Project) layihəsinin rəhbəri Frederik V. Kaqan deyir ki, buna baxmayaraq Rusiya ordusunun şərqdə apardığı kampaniya onun müharibənin ilk mərhələsindəki üslubundan çox da fərqlənmir:

“Rusiya ordusunda bir sıra dərin qüsurlar var. Onlar çox çalışsalar belə son həftələrdə bu qüsurları aradan qaldıra bilməyiblər. Qüsurlar isə dərin və fundamentaldır”.

Pentaqonun rəyincə bu qüsurlardan ən əsası Rusiya ordusunda müstəqil qərarlar qəbul edə bilən zabitlərin çatışmamasıdır.

Amerika ordusundakı serjantlara və vzvod komandirlərinə müəyyən tapşırıq və təlimatlar verilir, amma bilavastiə əməliyyatı onların özləri aparırlar.

Pentaqon bildirir ki, Rusiya hərbçiləri sovet dövründə olduğu kimi hərəkət edirlər və əməliyyatlar zamanı aşkar görünən lazımi dəyişiklikləri edə bilmirlər.

Məqalədə deyilir ki, son 7 ildə ABŞ və NATO qoşunları ilə birlikdə təlimlərdən keçən ukraynalılar daha çox Qərb metodlarından istifadə edirlər. Buna görə də onlar daha hərəkidirlər və dəyişən döyüş vəziyyətlərinə tez bir şəklildə adaptasiya olunurlar.

Putinin komandanlığa müdaxiləsi

General Bridlav deyir ki, Kiyev ətrafından geri çəkildikdən sonra iki həftəlik fasilə ruslara kampaniyada dönüş yaratmaq imkanı verməyib.

General bildirir ki, Dvornikov müəyyən mənada komandanlıq və nəzarət baxımından düzgün qərarlar qəbul edib:

“Lakin hətta bizim ordumuz üçün də iki həftədə yenidən qruplşamanı və yenidən cəmləşdirməni həyata keçirmək çətin olardı”.

Bridlavın fikrincə Rusiya qoşunları özünə gəlmədən yenidən döyüş meydanına atılıb və belə görünür ki, bu komanda Moskvadan gəlib.

Hərbi ekspertlər deyirlər ki, Rusiya Donbasdakı şəhər və kəndləri raket və toplardan ağır bombardman etsə də, qoşunlar zirehli texnika ilə birlikdə bu ərazidə irəliləyişə nail ola bilməyiblər. Onların fikrincə bu isə o deməkdir ki, Rusiya Donbasda da Xarkovda olduğu kimi qazandıqlarını itirə bilər.

Obama administrasiyasında Ukrayna və Rusiya üzrə vəzifəli Pentaqon rəsmisi olmuş Evelin Farkas deyir ki, Putin hərbi komandanlığa çox yaxından müdaxilə edir:

“Biz elə hey eşidirik ki, Putin əməliyyatların gedişinə müdaxilə edir. Biz bilirik ki, prezidentlərin hərbi əməliyyat qərarlarına qarışması fəlakətin başlanğıcı olur”.

XS
SM
MD
LG