Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:37
Donald Trump
Donald Trump

Obama hakimiyyətin Trumpa ötürülməsinə göstəriş verib

Amerika Birləşmiş Ştatları noyabrın 8-də 45-ci prezidentini seçir. Bu seçkinin əsas anları ləngimədən, bütün detalları ilə AzadlıqRadiosu-nda.

07:57 9.11.2016

Tramp daha bir vacib ştatda qalib gəlib

Donald Tramp vacib ştatlardan birində - Ohayoda qələbə qazanıb. ABŞ tarixində indiyə qədər heç bir respublikaçı namizəd bu ştat olmadan prezident ola bilməyib.

Daha bir ştat, əvvəlki seçkilərdə adətən demokratlara səs verən Miçiqan da bu dəfə Trampa tərəf meyllidir.

Klinton Nyu Meksiko və Kolorado ştatlarında qalib gəlsə də, Trampla arasında elektoral səs fərqini azalda bilməyib.

Bu xəbərlərin fonunda dünya bazarlarında ciddi eniş müşahidə olunur. Neftin bir barelinin qiyməti 4% enərək $43.17 qərarlaşıb. Meksikalı imigrantlara qarşı kəskin mövqeyi ilə seçilən Trampın önə keçməsi Meksika Pesosunun da kəskin ucuzlaşmasına səbəb olub.

06:44 9.11.2016

Hər iki namizəd əlavə səslər qazanıb, Tramp öndədir

Nəmizədlərdən hər biri əhəmiyyətli qələbə qazanıb. Klinton böyük əhali sayı olan Nyu York ştatını, Tramp isə ən böyük ştatı - Texası öz hesabına yaza bilib.

Beləliklə, hazırki vəziyyətə görə, Donald Tramp həm elektoral kollec səslərinə, həm də ümumi səs hesabına görə qabaqdadır.

Bir neçə ştat əsas mübarəzə mərkəzlərinə çevrilib. Bunlardan Florida, Ohayo və Virciniya ştatlarının nəticələri az sonra elan ediləcək.

Florida gözləntilərə rəğmən demokratlar üçün asan qələbə olmayacaq. Klintonun seçki yoldaşı, vitse-prezidentliyə namizəd Tim Keynin doğma ştatı Virciniyada isə respublikaçılar hələ ki, irəlidədir.

05:58 9.11.2016

Dünya bazarı seçkiyə reaksiya verir

ABŞ prezident seçkilərindən gələn xəbərlər dünya bazarını və dolların məzənnəsini silkələyir. Görünən odur ki, iki namizədin yarışda kiçik fərqlə baş-başa getməsi bazara mənfi təsir edir.

Hansı namizədin önə çıxmasından asılı olmayaraq, qeyri-müəyyənlik dolların dəyər itirməsinə səbəb olur.

05:32 9.11.2016

Klinton irəli keçir

Mərkəzi və şərqi ştatlardan bir-birinin ardınca nəticələr haqqında məlumatlar daxil olduqca Hilari Klinton birinciliyi ələ keçirir. Ənənəvi olaraq demokratyönümlü şimal-şərqi ştatlar gözlənildiyi kimi Klintonun tərəfində olub.

Tramp İndiana, Kentaki və Oklahoma ştatlarında uğurlu olub, lakin qələbə üçün Florida, Şimali Karolayna və Ohayo kimi böyük ştatları da udması şərtdir. Bu ştatlar hər iki partiyanın diqqət mərkəzindədir.

Davamı

XS
SM
MD
LG