Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:42

Seçki ilində Azərbaycan iqtisadiyyatını nə gözləyir? [video]


İran Azərbaycanında etirazlara kimlər qoşulub?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

İran Azərbaycanında etirazlara kimlər qoşulub? [A-Live]

Bu il Azərbaycanda iqtisadi durum necə olacaq? Manat özünü necə aparacaq, qiymətlər yenə bahalaşacaqmı? Kimlərin maaşı arta bilər?

Hökumət də, hökumətin bəzi tənqidçiləri də bu illə bağlı nikbindir - 2018-ci ildə, son bir ildir ki, zəifləməkdə olan milli iqtisadiyyat belini bir qədər dikəldəcək, nisbətən rahat nəfəs alacaq - tikinti layihələri hesabına iqtisadi aktivliyin yüksəlməsi gözlənilir.

İqtisadiyyatın üzünü ağardan isə yenə neft olacaq. Hökumət 2018-ci ilin dövlət büdcəsində neftin qiymətini 45 dollardan götürüb, neft isə indi büdcədə götürüləndən də bahadır.

Buna da bax: Prezident ailəsinin biznesi…

İl başlayan kimi xam neftin qiyməti 2014-cü ildən bəri ilk dəfə ən yüksək həddə çatıb. Brent markalı neftin barreli 67 dollara qalxıb. Keçən il boyu isə neftin qiyməti 50-60 dollar arasında dəyişirdi.

“Reuters” agentliyi yazır ki, bahalaşma, OPEC və Rusiyanın təchizatı azaltması və ümumilikdə bazarda neftə tələbatın artması ilə bağlıdır.

Dünya Bankının proqnozuna görə, bu il neft ortalama 56 dollar olacaq. Keçən il bu qiymət 53 dollar idi.

Buna da bax: İqtisadçı: 'Kağız üstə inflyasiyanı 6-8 faiz yazmaqla...'

Bəs neftin pulundan kimə pay düşəcək? Bakı sakinlərindən soruşmuşuq ki, 2018-ci ildən nə gözləyirlər:

2018-ci ildə iqtisadi durum necə olacaq? [Bakıda sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Azərbaycan hökuməti neft bahalaşan kimi tikinti – infrastruktur layihələrinin icrasını sürətləndirib.

Buna da bax: Neft ilə 'pis başlamayıb'

Müxalif ReAl hərəkatından Natiq Cəfərli deyir ki, prezident seçkisi ilində kiçik həcmli, amma çoxlu sayda tikinti layihələri işə düşəcək. Amma iqtisadçı hökumətin bu siyasətini tənqid edir:

Natiq Cəfərli
Natiq Cəfərli

“Dövlət sifarişlərinə və təmir-tikinti xərclərinə təqribən 10,5 milyard manat vəsait xərclənəcək. Bu da büdcənin təqribən yarısı deməkdir. Bu da az da olsa, iqtisadi aktivliyə müsbət təsir göstərəcək. Amma bu, dayanıqlı inkişaf deyil, 10 il Azərbaycan bu yolla getdi- 2004-2014-cü illərdə. Amma sonda ciddi iqtisadi problemlərlə qarşılaşdıq. Hökumət yenidən, heç bir ciddi köklü iqtisadi islahat aparmadığından və ya apara bilmədiyindən təmir tikinti işləri hesabına iqtisadi aktivlik modelinə keçdi”.

Buna da bax: 2018-ci il Azərbaycan və Ermənistanda seçki ilidir [video]

Natiq Cəfərli deyir ki, bu il ümumi daxili məhsulun azalması dayanacaq, amma artım ciddi yox, maksimum 1,5 faiz olacaq.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin iqtisadçısı Rəşad Həsənov bu il ərzağın qiymətində 10-11 faiz artım gözləyir. Onun sözlərinə görə, əhalinin real gəlirlərində artım ortalama 0,5 faiz olacaq:

Buna da bax: Mərkəzi Bankın bəyanatına reaksiyalar

"Hazırkı dövlət büdcəsində əmək haqlarının ciddi artımı nəzərdə tutulmayıb, bu da o deməkdir ki, böyük ehtimalla mayda büdcəyə baxarkən əlavə qərar qəbul edilə bilər. Böyük ehtimalla manatın məzənnəsində ciddi dəyişiklik olmayacaq, hazırkı məzənnə qalacaq, təqribən beş faiz fərq ilə”.

Prezident İlham Əliyev isə yeni il çıxışında 2017-ci ilin iqtisadi göstəricilərinin yaxşı olduğunu, 2018-ci ilin isə sürətli iqtisadi inkişaf ili olacağını deyib.

Buna da bax:

Gələn il Azərbaycanda iqtisadi vəziyyətin necə olacağını gözləyirsiz?
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00

XS
SM
MD
LG