Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:33

ABŞ senatında “Əliyevin öz xalqını incitməsindən” danışılıb


Senator Dick Durbin
Senator Dick Durbin

Amerika senatoru Azərbaycan prezidentini "öz xalqına qarşı bu avtoritar hərəkətləri davam etdiməklə, Qərblə olan bağlarını bundan o yana təhlükəyə atmamağa" çağırıb

Demokratlar partiyasının vəzifəli senatoru Dick Durbin oktyabrın 8-də ABŞ Senatındakı çıxışında Azərbaycanda yaranmış vəziyyətlə əlaqədar dərin narahatlığını ifadə edib.

Çıxışına Suriyadakı münaqişə və İranın nüvə sazişi ilə bağlı öhdəliklərini yerinə yetirməsi, Ukrayna və Rusiyanın Minks sazişinə əməl etməsi kimi məsələlərin gündəlikdə əsas yer tutduğunu yada salaraq başlayan senator, bunu diqqətə çatdırmaq istəyib ki, daha kiçik ölkələrlərə də diqqət yetirilməsi vacibdir.

“Bu mühüm xarici siyasət çətinliklərinə baxmayaraq, bildirməliyiəm ki, biz dünyada insan haqları uğrunda daha kiçik, lakin həm də mühüm mübarizə meydanlarını nəzərdən qaçırmamalıyıq” – deyib senator.

İcazə verin sizə Azərbaycandan deyim…

“İcazə verin Avropa və Asiyanın hüdudlarında qərar tutan və çoxlarının, özünün demokratiyalar icması ilə bağlarını möhkəmləndirəcəyinə ümid etdiyi ölkədən – Azərbaycandan başlayım. 2014-cü ildən bəri hökumət ölkədəki ən güclü demokratiya və şəffaflıq səslərini təmsil edən yüzə yaxın siyasi məhbusu həbs edib” – deyib Dick Durbin.

Azərbaycanın siyasi məhbusları
Azərbaycanın siyasi məhbusları

Senator çıxışında bildirib ki, Leyla və Arif Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və Anar Məmmədli kimi çox sayda insan haqları müdafiəçisi saxta ittihamlarla məhkum edilib və hazırda həbsxanadadır.

Millət vəkili məlumat verib ki, sözü gedən şəxslər həbs olunanadək ölkənin demokratik təsisatlarının gücləndirilməsi yolunda yorulmadan çalışırdılar.

Canab Durbin habelə ATƏT-in Azərbaycanda parlament seçkilərinin izlənməsi üçün müşahidəçilər göndərməyəcəyini də bildirib və deyib ki, Avropa qurumu öz missiyasını Azərbaycanda onun üzərinə hökumət tərəfindən qoyulan məhdudiyyətlərlə bağlı ləğv edib.

Mətbuata qarşı xüsusi amansızlıq

“Azərbaycan hökuməti mətbuat azadlığının sıxışdırılmasında xüsusilə aqressiv olub və 2014-cü ildə ölkənin ən güclü təhqiqat jurnalistlərindən Xədicə İsmayılovanı həbs edib. O, illər ərzində prezident İlham Əliyevin yaxın ailə çevrəsi ilə dövlət hava şirkəti, ölkənin ən böyük telekommunikasiya provayderinin özəlləşdirilməsi və nəhəng tikinti layihələri də daxil olmaqla, biznes sövdələşmələri arasında əlaqəni faş edib” – deyib senator Durbin.

Azərbaycan hökuməti mətbuat azadlığının sıxışdırılmasında xüsusilə aqressiv olub

Senator daha sonra qeyd edib ki, bütün bunlarla əlaqədar jurnalistin evində gizli kameralar yerləşdirilib, onun intim görüntüləri şantaj məqsədilə internetdə yayılıb.

Millət vəkili deyib ki, bütün bunlara baxmayaraq, journalist öz işini davam etdirib və hökumətin yuxarı eşelonlarındakı korrupsiyanı üzə çıxarıb.

Senator bildirib onun həbsindən iki həftə sonra hökumət jurnalistin iş yeri olan AzadlıqRadiosunun Bakı ofisinə reyd keçirib və onu möhürləyib.

Siyasətçinin sözlərinə görə, radionun işçilərindən bəziləri aramsız təqiblərə görə hətta ölkəni tərk etməyə məcbur olublar.

Mən bu gün burdan Əliyevi…

Millət vəkili bildirib ki, jurnalist bu günlərdə 7 il yarım müddətinə azadlıqdan məhrum edilib və buna onun fəaliyyətinin açıq şəkildə dayandırlması üçün atılmış addım kimi baxılmalıdır.

Mən bu gün buradan Əliyevi, öz xalqına qarşı bu avtoritar hərəkətləri davam etdiməklə, Qərblə olan bağlarını bundan o yana təhlükəyə atmamağa çağırıram

“ABŞ Dövlət Departamenti, ATƏT, Avropa İttifaqının Parlamenti Azərbaycana öz siyasi məhbuslarını azad etmək çağırışı edib, - deyib senator Durbin, - Ötən iyul ayında mənim Azərbaycan prezidenti İlham Əliyevə məktubuma 15 həmkarım da qoşulmuşdu. O məktubda ölkədə vətəndaş cəmiyyəti üçün məkanın və mətbuat azadılığının tükəndiyindən narahatlıq ifadə olunmuşdu. Mən bu gün buradan Əliyevi, öz xalqına qarşı bu avtoritar hərəkətləri davam etdiməklə, Qərblə olan bağlarını bundan o yana təhlükəyə atmamağa çağırıram” – deyib senator Dick Durbin.

Demokrat senator Dick Durbin və demokratlar və respublikaçılardan olan 15 senator bu ilin iyulunda İlham Əliyevə yazdıqları məktubda insan haqlarının pozulmasının dərhal dayandırılmasını, mətbuat azadlığına hörmət edilməsini və AzadlıqRadiosu Bakı bürosunun yenidən açılmasını tələb etmişdilər.

XS
SM
MD
LG