Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:44

Zabit pulunu istəyir


Seymur Zeynalov
Seymur Zeynalov

►Ehtiyatda olan leytenant Seymur Zeynalovdan məhkəmə iddiası...

“Rəis həmişə elə bilirdi ki, mən onun yerinə iddialıyam. Ona görə də ayağımın altını qazırdı. Deyirdi, “bilirəm ki, sən rus, ingilis dilini mükəmməl bilirsən, iki ali savadın var, gözün də mənim yerimdədir”. Xidmətin rəisinə də mənim barəmdə saxta məlumatlar verirdi, guya intizamsız zabitəm, işimə laqeyd yanaşıram və sair. Məni hərtərəfli gözdən salmışdı”.

Seymur Zeynalov ali təhsilli hüquqşünasdır. Həqiqi hərbi xidmət keçdiyi dövrdə - 2008-ci ildə Nazirliyin zabit kursunu bitirib və elə həmin leytenant hərbi rütbəsi alıb. 2013-cü ilin fevralında Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müvafiq əmrinə əsasən, Xidmətin Ordubad rayon şöbəsinə, zabiti vəzifəsinə təyinat alıb. 2014-cü ilin avqustunda xidmət müddəti başa çatdığı üçün Xidmətin rəisinin əmri ilə ehtiyata buraxılıb. Hazırda ehtiyatda olan leytenant kimi qeydiyyatındadır.

Buna da bax: İlqar Məmmədov: «Demək məni buraxmaq fikirləri yoxdur...»

“MADDİ YARDIM, MƏZUNİYYƏT TAM VERİLMƏYİB”

Deyir, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi ilə Xidmətin Ordubad şöbəsinin rəisi ona qarşı qərəzli olub. Zabit kimi çalışdığı müddətdə bir sıra hüquqlarını pozublar. İndi də o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verib ki, vaxtilə pozulmuş hüquqlarının bərpasına nail olsun.

Seymur Zeynalov iddia edir ki, Ordubad şöbəsində işlədiyi müddətdə şöbənin rəisi Vüqar Rəhimli onun bu vəzifəyə iddialı olduğunu düşünərək narahatçılıq keçirib. O gün – bu gün, rəis zabitə gün verib, işıq verməyib, onu bir çox zabit hüquqlarından məhrum edib:

“2013-cü il üçün mənə maddi yardım verilməyib, həmin il üçün qanunla verilməli olan 45 günlük məzuniyyətimin cəmi 30 gününü istifadə edə bilmişəm, 15 günün təzminatı mənə ödənilməyib. 2014-cü il üçün 45 günlük məzuniyyət haqqımdan isə tamamilə istifadə edə bilməmişəm, əvəzinə heç bir təzminat ödənilməyib. Mənə qanunla nəzərdə tutulmuş sosial kart da açılmayıb”.

Buna da bax: Mobil telefon operatorlar tənbəlləşib

“İNTİZAMSIZ OLDUĞU ÜÇÜN TÖHMƏT ALIB”

Zabit deyir, xidməti vəzifəsinə başladığı vaxt paltar təminatı olmadığından, ona hərbi geyim forması verilməyib. O da fərdi fəaliyyət göstərən dərzidə hərbi geyim forması sifariş etmək məcburiyyətində qalıb. Hərbi geyimə çəkdiyi 120 manat da sonradan ona ödənilməyib. Bundan başqa, dediyinə görə, 2013-cü il iyunun 26-da Silahlı Qüvvələrin 95 illiyi yubileyi münasibəti ilə sıravi əsgərlər də medalla təltif olunduğu halda, ona qarşı qərəzli olan rəhbərlik onu medaldan məhrum edib. Seymur Zeynalov xidmət etdiyi müddətdə intizamlı, bacarıqlı zabit kimi xidmət göstərdiyini, ancaq qərəzli münasibət nəticəsində əsassız töhmətlər aldığını, bunun da maaşına təsirsiz ötüşmədiyini iddia edir.

“Seymur Zeynalov məhkəməyə müraciət etdiyi üçün onun iddialarına hüquqi qiyməti də məhkəmə verəcək”.

Bunu Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad şöbəsindən bildiriblər. Onu da əlavə etdilər ki, şöbədə zabit kimi çalışdığı 1 il 6 ayda işinə intizamsız və laqeyd yanaşdığına görə töhmət, dəfələrlə xəbərdarlıq alıb.

Seymur Zeynalovun iddiaları əsasında dekabrın 18-də 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə məhkəməyə hazırlıq iclası keçiriləcək.

XS
SM
MD
LG