Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:26

G.Bayramlı: 'Siyavuş Novruzovun ittihamları gülüncdür'


Gözəl Bayramlı
Gözəl Bayramlı

«Siyavuş Novruzovun Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyini mühacirlərə saxta sənəd verməkdə ittiham etməsi əsassız və gülüncdür».

Bunu AXCP sədr müavini Gözəl Bayramlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun ittihamlarına cavab olaraq AzadlıqRadiosuna bildirib.

G.Bayramlı partiya üzvü olmayan şəxslərə vəsiqə verilmədiyini və bundan sonra da belə halın olmayacağını bildirib: «Amma bizdə informasiyalar var ki, Ə.Kərimlinin saxtalaşdırılmış imzası ilə kimlərəsə belə sənədlər verirlər. Bunu yoxlamaq hakimiyyət nümayəndəsi üçün problem deyil. Mən də partiyanın təmsilçisi olaraq tələb edirəm ki, əgər belə faktlar varsa, ortaya qoysunlar».

***Buna da bax-Milli Şura Bakıda mitinq keçirdi

G.Bayramlı deputatın partiyanı və onun sədrini korrupsiyada ittiham etməsini də cavablandırıb: «Bu ittiham o qədər gülüncdür ki... Başdan-ayağa korrupsiyanın içində olan hakimiyyətin təmsilçisinin müxalif bir partiyanı korrupsiyada ittiham etməsi hətta ən adi, elementar məntiqə belə sığmır».

Bu günlərdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat S.Novruzov AXCP sədri Ə.Kərimlinin ünvanına ittihamlar səsləndirib.

Milli Şuranın aprelin 8-i Bakıda keçirilən aksiyasını dəyərləndirən deputat deyib ki, AXCP sədri Əli Kərimli korrupsiya ilə məşğuldur. YAP-çı deputatın deməsinə görə, AXCP rəhbərliyi partiya üzvü olmayan mühacirlərə saxta vəsiqələr paylayır.

Milli Şuranın aksiyasında isə bildirilmişdi ki, ölkədəki korrupsiyanın başında məhz prezident İlham Əliyev durur.

XS
SM
MD
LG