Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:39

SOCAR 100 milyon dollar borclanacaq


SOCAR
SOCAR

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR-ın) hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 100 min ədəd faizli, sənədsiz, təmin edilməmiş istiqrazların buraxılışını qeydiyyata alıb.

Palatadan verilən məlumata görə, məcmu nominal dəyəri 100 milyon dollar olan istiqrazların tədavül müddəti 5 ildir. İllik gəlirlik dərəcəsi 5 faizdir.

SOCAR-ın istiqrazlarına abunə yazılışı sentyabrın 20-dən oktyabrın 10-na kimi keçiriləcək.

Bakı Fond Birjasında oktyabrın 13-dən 14-nə kimi istiqrazların yerləşdirilməsi təmin ediləcək.

Hazırda SOCAR-ın 6 milyard dollardan çox borcunun olduğu bildirilir.

XS
SM
MD
LG