Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:59

Əflatun Amaşov: 'Sosial şəbəkələr ayrıca qanunla tənzimlənməlidir'


Əflatun Amaşov
Əflatun Amaşov

Azərbaycanda sosial şəbəkələri və bloqqer fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklif olunur.

Bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçirilən iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edib.

Modern.az-ın xəbərinə görə, deputat deyib ki, dünyada bloqqerlərin fəaliyyəti başqa cür dəyərləndirilsə də, Azərbaycanda buna yanaşmada fərqli baxış var. Onların fəaliyyətinin sərhədləri müəyyən edilməyib.

«Ona görə də bu sahənin fəaliyyətini tənzimləyən yeni qanuna ehtiyac var», - Ə.Amaşov bildirib.

Bəzi deputatlar da Ə.Amaşovu dəstəkləyiblər.

Buna da bax-Aqil Abbas: 'Mənim atamın goruna 932 adam söyüb, hesablamışam'

Deputatlardan Hikmət Babaoğlu bildirib ki, bu sahədə qanunvericilik bazası baxımından dünyada çox az praktika var: «Artıq Türkiyədə də bununla bağlı qanunvericilik bazası hazırlanır. Əgər razılıq olarsa, Əflatun müəllimlə birgə belə bir qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərik».

Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin sektor müdiri Sarvan Sadıqov da təşəbbüsə dəstək ifadə edib. «Kim nə istəyir, onu yazır. Ona görə də bu sahənin qanunla tənzimlənməsinə ciddi ehtiyac var», - o qeyd edib.

Ancaq komitə təkliflə bağlı, hələ ki, hər hansı qərar verməyib.

XS
SM
MD
LG