Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:38

'Ünvanlı sosial yardım dayandırılmayıb'


5 aydır sosial yardım ala bilməyən qadının etirazı...
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

5 aydır sosial yardım ala bilməyən qadının etirazı...

-

Hazırda 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir

Bir sıra media orqanlarında Azərbaycanda ünvanlı dövlət sosial yardımı proqramının dayandırılması barədə yayılan məlumatların heç bir əsası yoxdur. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Nazirlik rəsmisi əlavə edib ki, belə şayiə xarakterli məlumatlar ictimai rəyi çaşdırmağa yönəlib.

“Hər hansı bir məmurun iradəsindən asılı deyil”

E.Babayev bildirib ki, hazırda 532 min nəfərdən artıq ailə üzvünü əhatə edən 124 mindən çox ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir:

“Sosial yardımların ödənişi avtomatlaşdırılmış qaydada aparılır və hər hansı bir məmurun iradəsindən asılı deyil. Bu ilin fevralından tətbiqinə başlanılan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) ölkəmizdə sosial yardım təyinatı sisteminin müasir əsaslar üzərində qurulmasına, aztəminatlı ailələrin sosial yarımdan heç bir məmur müdaxiləsi olmadan faydalanmalarına imkan yaradıb”.

12 min nəfər avtomatlaşdırılmış qaydadan faydalanıb

Onun sözlərinə görə, ötən müddətdə 48 min 844 nəfər ailə üzvü olan 12 min 383 ailəyə VEMTAS avtomatlaşdırılmış rejimdə ünvanlı dövlət sosial yardımı təyin edilib.

E.Babayev vurğulayıb ki, ünvanlı dövlət sosial yardımı proqramının davam etdirilməsi ilə yanaşı, özünüməşğulluğuna şərait yaradılması istiqamətində də işlər aparılır. Prezidentin 7 aprel sərəncamı ilə əhalinin özünüməşğulluğunun təmin olunması üçün 6 milyon vəsait ayrılıb ki, həmin vəsait hesabınatəqribən 1400 ailənin özünüməşğulluq proqramlarına cəlb olunması, əmək qabiliyyətli ailə üzvləri olan ailələrdən ötrü kiçik ailə təsərrüfatlarının yaradılması planlaşdırılır.

Prezident İlham Əliyev bu günlərdə Nazirlər iclasında ünvanlı sosial yardım məsələsinə də toxunaraq deyib ki, dövlət qurumları ünvanlı sosial yardım əvəzinə vətəndaşların «öz işini qurmasına» şərait yaratmalıdırlar:

«Ancaq biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar. Çünki bəzi hallarda dövlət sektorunda açılmış iş yerlərinə o qədər də böyük maraq göstərilmir. Bəziləri deyirlər ki, mən dövlətdən yardım alıram, niyə gedib işləməliyəm? Bu, yaxşı hal deyil. Bu, ələbaxımlıq yaradır».

Buna da bax: "Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."

"Pulum yoxdur deyə, sosial müavinət də düzəldə bilmirəm..."
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

XS
SM
MD
LG