Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:37

'Sovetski' sakinləri kompensasiyaların artırılmasını tələb edirlər


«Sovetski» sakinləri verilən kompensasiyanın az olduğunu deyirlər
«Sovetski» sakinləri verilən kompensasiyanın az olduğunu deyirlər

Son iki gündə Bakının «Sovetski» deyilən ərazisinin bəzi keçmiş və indiki sakinləri müxtəlif dövlət qurumları qarşısında şikayətlərini dilə gətiriblər. Onlar verilən kompensasiyanın az olduğunu deyiblər. Şikayətçilər qeyd ediblər ki, onların evlərinin sökülməsinə 2018-ci ilin sentyabrından başlanıb. Vurğulamalarına görə, kimisinə hər kvadratmetrə görə 700, kimisinə 800, kimisinə də 1000 manat kompensasiya veriblər. İndi demələrinə görə, etirazlarına səbəb odur ki, verilən pula yaxınlıqda ev ala bilmirlər. Şikayətçilərin çoxu ərazidən pulu alıb köçdüyünü deyir, onların qeyd etməsinə görə, indi evsiz qalıblar.

"Sovetski"də söküntü davam edir, hələ də yaşayış olsa belə
Gözlə

No media source currently available

0:00 0:01:51 0:00

Şikayətçilər dünən, noyabrın 18-də Yasamal rayon İcra Hakimiyyətinə gediblər. Demələrinə görə, onları icra hakimiyyəti başçısı qəbul edib. Şikayətçilərin habelə bildirmələrinə görə, başçı onlara deyib ki, Maliyyə Nazirliyi bu işi nəzarətə götürüb.

Verilən cavabdan tam razı qalmadıqlarını söyləyən şikayətçilər sonra da Nazirlər Kabinetinin önünə toplaşıblar. Amma şikayətçilərin söyləmələrinə görə, onlara bu gün, noyabrın 19-da təkrar gəlmələri məsləhət görülüb.

Bu gün, noyabrın 19-da Nazirlər Kabinetində qəbulda olduqlarını söyləyən şikayətçilərin sözlərinə görə, onlara məsələlərinin həll ediləcəyi vədi verilib.

Şikayətçilərin bu açıqlamasına, hələlik, Yasamal rayon İcra Hakimiyyəti və Nazirlər Kabinetindən ayrıca münasibət almaq mümkün olmayıb.

'Sovetski'yə aparan yeni yollar
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Xatırlatma

Bakının «Sovetski» deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri sakinlərlə bir çox hallarda əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

«Sovetski» ərazisində söküntülər son illərdə də davam edib.

XS
SM
MD
LG