Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:49

Suriyada mümkün qaz hücumunda 72 nəfər ölüb, Rusiya üsyançıları günahlandırır


Foto arxiv
Foto arxiv

Suriyada mümkün qaz hücumunda ölənlərin sayı 72 nəfərə çatıb.

Bu barədə AzadlıqRadiosu, Reuters, BBC və digər agentliklərə istinadla xəbər verir. Britaniyada fəaliyyət göstərən Suriya insan haqları mərkəzinin aprelin 5-də verdiyi məlumatına görə, ölənlərin əksəriyyəti uşaqlar və qadınlardır. Ümumilikdə 300-ə yaxın adam xəsarət alıb. Onların bir hissəsi İdlib Əyalətindən Türkiyəyə götürülüblər.

Sakinlərin dediklərinə görə hücum aprelin 4-ü səhər saat 4 radələrində-insanlar yatarkən baş verib.

Əksər Qərb liderləri bu hücumu kəskin pisləyib, ABŞ isə birbaşa cavabdehliyi Suriya rejiminin üzərinə atıb.

Suriya müharibəsində prezident Bashar Assadın tərəfini saxlayan Rusiya isə deyir ki, insident Suriya təyyarələrinin şəhərdə üsyançılara məxsus silah anbarını bombalaması nəticəsində baş verib.

Rusiya müdafiə nazirliyinin nümayəndəsi İgor Konashenkovun sözlərinə görə bu silahı üsyançılar hazırlayıblar: “Bu anbarın ərazisində zəhərli fuqaslar istehsal edilən sex olub.Yaraqlılar bu zəhərli silahlardan Suriyanın Hələb şəhərində də istifadə ediblər. Rusiyanın hərbi mütəxəssisləri bunu ötən ilin sonlarında aşkar etmişdilər. Xan Şeyxunda zərər çəkənlərin simptomları ötən ilin payızında Hələbdə zəhərlənənlərin simptomları ilə tam eynidir” Konashenkov deyib.

BMT-nin təhlükəsizlik şurası aprelin 4-də məsələylə bağlı növbədənkənar iclas çağırıb.

Aprelin 5-də şurada Suriyada kimyəvi silah işlədilməsini pisləyən qətnamə müzakirə olunmalıdır.

Qətnaməni ABŞ, Böyük Britaniya və Fransa hazırlayıb.

Suriya ordusununu bundan əvvəl də kimyəvi silah işlətməkdə günühlandırırdılar. Amma Suriya hakimiyyəti bunu qəti şəkildə rədd edir.

XS
SM
MD
LG