Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Hər nöqtəsindən tarix yağan şəhər varmış...


Şuşa işğal altında
Şuşa işğal altında

-

Hər nöqtəsindən tarix yağan şəhər varmış...
Gözlə

No media source currently available

0:00 0:29:49 0:00
Direct-ə keçid

«Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu, mənim şəhərimdir... Şəhərin hər nöqtəsi bir tarix söyləyir. İbrahim xan kahası, Məlik Şahnəzər kahası, Şahnişin, Cıdır düzü, Dövtələb, Divanxana qabağı, Topqapı... Hərəsi bir kitab, qanlı və dəhşətli bir səhifədir. Mən də bu macəralı şəhərdə dünyaya gəldim. Taleyim bu imiş!..».

Bu sətirlər Yusif Vəzir Çəmənzəminlinin «Həyatımın 20 ili» adlı xatirəsindəndir.

Hər il Şuşanın işğal günündə bu sayaq sözlər xatırlanır, çünki Şuşa hələ də xəyallarda yaşayır.

Şuşasız daha bir il yaşandı.

24-cü işğal günü qeyd edilir mayın 8-də...

Nə yazıq ki Yusif Vəzir kimi, hələ də, «Bu, mənim şəhərimdir!»- demək olmur.

Amma dinləyəcəyiniz verilişin iştirakçısı bu şəhər haqqında ipisti xatirələr danışır, onsuz darıxdığını təkrarlayır, onu mahnılarla oxşayır, uzaqdan-uzağa da olsa, beşiyi başında laylaçalır, hətta sevimli şəhərin daşlarının, quşlarının qarşısında özünü xəcalətli sayır.

Odur ki, Şuşanın işğal günündə-mayın 8-də saat 23-də izə düşün, «İz»dən çıxmayın.

«Küçədə, evimizin qarşısındakı quyuluqda gözəl şərqilər söylərdilər. Saz və qarmon çalınardı. Nə oxuyanlar vardı! Axşamçağı qatıq almağa gedən uşaqlar qazanı yanağına dayayıb, elə bayatı, elə şikəstə oxurdular ki, adamın gözləri yaşarardı... Qafqazın bütün adlı-sanlı xanəndələrini bu şəhər yetirərdi...».

Y.V. Çəmənzəminli

XS
SM
MD
LG