Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:35

İran Azərbaycanında evlər zəlzələyə tab gətirməyəcək


İranın rəsmi "İRNA" xəbər agentliyi bildirir ki, İran Azərbaycanının kəndlərində 500 min ev dağılmaq halındadır.


Qərbi Azərbaycan ostanında (əyalətində) evlərin ancaq 10 faizi dayanaqlıdır, qalanı isə özü-özünə yıxıla bilər. Bu vəziyyətdə olan təxminən 180 min evdə iki milyon nəfərdən çox adam yaşayır.


Rəsmilərin dediyinə görə, Zəncan ostanında 71 min evin vəziyyəti böhranlıdır. Təbrizin özündə hesablamalara görə, Rixter cədvəli üzrə 4 bal gücündə zəlzələ belə 400 min evi yıxa bilər. Hökumət 4-cü beşillik plan çərçivəsində evlərin möhkəmləndirilməsinə kömək etmək istəyir. Ancaq məsələn, Zəncanda hər il 6 min evə belə kömək etmək olacaq. Bu səbəbdən də bütün evlərin təmiri illərlə çəkə bilər.


Hökumət adamlara evlərin təmiri üçün 5 milyon tümənə (təqribən 5 min dollara kimi) borc verə bilər. Ancaq bu borcları qaytarmaq əksəriyyəti kasıb olan kənd əhalisi üçün çətindir.


XS
SM
MD
LG