Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:17

Hüquqşünas: 'Normal ölkədə bu baş verə bilməzdi' [video]


Metroda korrupsiya iddialarına prokurorluq nə deyir?
Gözlə

No media source currently available

0:00 0:14:39 0:00

Metroda korrupsiya iddialarına prokurorluq nə deyir? [A-Live]

Son günlər keçmiş məmurlar məhkəmədə bir-birinə qarşı korrupsiya ittihamları səsləndirirlər.

Dövlət qurumları bu ittihamları araşdıracaqmı?

Məsələn, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi olmuş Akif Çovdarov iyulun 12-də - Metropolitenin keçmiş rəisi Tağı Əhmədovu ittiham edib. Deyib ki, onun o rəhbərlik etdiyi metropolitendən külli miqdarda dövlət vəsaitini mənimsəyib və Bakıda çoxlu sayda mülki, Dubayda elit yaşayış kompleksində yerləşən otelin 3 mərtəbəsi, böyük bir ticarət mərkəzinə sahib olub.

Buna da bax:​ Keçmiş nazir həbs ediləcəkmi? [video]

“Dövlət rəhbərliyi metropolitenin fəaliyyəti ilə bağlı ətraflı araşdırma aparılmasını tapşırmışdı. Biz də apardıq. Məlum oldu ki, metrostansiyalarında aparatlar elə qurulub ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib. Onun pulu Tağı Əhmədovun cibinə gedib. Hər 4 jetondan birini əldə etməklə, aya 300 min manat pul mənimsəyib”.

Tağı Əhmədov iyulun 13-də “Bizim yol” qəzetinə müsahibəsində səslənən iddiaları rədd edib, deyib ki, Akif Çovdarov yalan danışır.

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, kimin haqlı olduğunu müəyyənləşdirmək indi dövlət qurumlarının üzərinə düşür. Onun sözlərinə görə, mənbəyindən asılı olmayaraq, əgər mediada hansısa korrupsiya məlumatı səsləndiribsə və bu, ictimai əhəmiyyət daşıyırsa, Cinayət Prossesual Məcəlləsinə görə, prokurorluq və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bu faktı araşdırmalıdırlar.

Buna da bax: Çovdarov: ‘Hər 4 jetondan birinin pulu Tağı Əhmədovun cibinə gedib’

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Amma Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosu-na araşdırmanın olub olmayacağı barədə açıqlama verməkdən imtina etdi, məhkəmə ilə əlaqə saxlamağı məsləhət gördü.

Başqa bir hüquqşünas, "Viza" hüquq firmasının direktoru Aslan İsmayılov isə deyir ki, ümumiyyətlə, bu məsələ məhkəməyə qədər araşdırmalı idi.

“Həmin işlər o qaydada məhkəməyə göndərilə bilməzdi. Yəqin ki, bunlar hamısı istintaq materiallarında var idi. Tağı Əhmədov nəyi mənimsəyib, necə mənimsəyib. Araşdırılmayıbsa, indi araşdırmalıdır.

Rabitəçilərin işində də, cinayət işinin materiallarında deyilir ki, rabitə naziri 6 milyon manat dəymiş ziyan ödəyib və onun haqqında heç bir cinayət işi qaldırılmayıb”.

Buna da bax:​ Çovdarovdan qalmaqallı açıqlama

İyulun 12-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin korrupsiyada ittiham olunan keçmiş əməkdaşlarının işində keçmiş nazir Əli Abbasovun adı hallanıb.

"Azərpoçt"un həbsdə olan sabiq baş direktoru Qəmbər Bəybalayev deyib ki, o da daxil, ittiham oturanların hamısı günahsızdır və hər kəs icraçı olub.

“Mən keçmiş nazir Əli Abbasovun yerinə olsaydım, bu adamların həbs olunmasına imkan verməzdim", - deyə Qəmbər Bəybalayev bildirib.

Vəkil Aslan İsmayılov deyir ki, demokratik cəmiyyətlərdə bu cür işlər baş verə bilməzdi:

Buna da bax:​ 'Rabitəçilər işi': İttihamı qəbul etməsələr də, yazılan məbləği tam ödəyiblər...

Aslan İsmayılov
Aslan İsmayılov

“Axı Akif Çovdarov faktlar göstərir ki, milyonlar necə mənimsənilib: 4 jetondan biri qeydiyyata salınmayıb, köhnə vaqonlar təzə vaqonlar kimi rəsmiləşdirib. Normal ölkədə bu baş verə bilməzdi. Və ya MTN işində generallar deyir ki, biz nazirin göstərişi ilə işləmişik, amma nazir azadlıqda gəzir”.

Beynəlxalq Şəffaflıq Təşkilatının 2016-cı ilə dair hesabatına görə, Azərbaycanın korrupsiya qavrama indeksi 176 ölkə arasında 123-cü yerdədir.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, Azərbaycanda korrupsiya ilə mübarizə nə qədər yaxşı aparılır:

Korrupsiya ilə mübarizə varmı, varsa, nə nəticə verir?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Vəkil Aslan İsmayılov deyir ki, neft gəlirləri azaldıqca, o bu cür məhkəmələrinin sayının artacağını, məmurların daha çox bir-biri haqqında ittihamlar səsləndirəcəyini gözləyir.

XS
SM
MD
LG