Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:50

Taksi sürücüsü: 'Məmurlar bizim qəpik-quruşa göz dikib?'


1 manatlıq taksilər 'yaşayacaq'. Nəqliyyat Agentliyi geri çəkilməyə məcbur oldu
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

1 manatlıq taksilər 'yaşayacaq'. Nəqliyyat Agentliyi geri çəkilməyə məcbur oldu (2020)

Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Cavid Qurbanov bildirib ki, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var. Onun sözlərinə görə, bununla nazir məşğul olur: "Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar".

Vahid taksi sisteminin yaradılmasını hələ 2017-ci ildə Bakı Nəqliyyat Agentliyi (BNA) təklif etmişdi. Qurumdan bildirilmişdi ki, Bakıda taksilərlə bağlı pərakəndə vəziyyət mövcuddur və bu vəziyyəti düzəltmək üçün vahid taksi sistemi gərəkdir.

2020-ci ildə də BNA bununla bağlı bir konsepsiyanı təqdim etdi. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin, kvotanın tətbiqi və sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapmışdı. Üstəlik, vahid tarif da təklif olunmuşdu.

A.Badamov
A.Badamov

"Taksilərə taksometrin qoyulması da vacibdir"

Milli Məclisin deputatı Azər Badamov "Turan"a bildirib ki, vahid taksi xidmətini yaratmaqdansa, bu xidmət üçün norma və tələblər müəyyənləşsə, daha yaxşı olar: "Çünki taksi xidməti kimi fəaliyyət göstərən avtomobillərə nəzarət olmadığından onların texniki vəziyyətinin normalara uyğun olub-olmadığını sürücüdən soruşan yoxdur. Ona görə də xoşagəlməz hallar taksi xidmətində çox baş verir".

Onun sözlərinə görə, taksi sürən insanın sağlamlığı və avtomobilinin təmizliyinə riayət edilməsi ilə bağlı da normalar hazırlanmalıdır: "Həmçinin taksilərə taksometrin qoyulması da vacibdir".

Deputat hesab edir ki, vahid taksi xidməti olsa, bu, rəqabət mühitinin davam etməsinə mənfi təsir göstərəcək.

"95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur"

Bakı Nəqliyyat Agentliyindən (BNA) isə "Turan"a bildirilib ki, Bakı şəhərində taksi kimi fəaliyyət göstərənlərin 95 faizi qanunsuz sərnişindaşıma ilə məşğuldur: "Onların heç biri taksi deyil. Taksilərlə bağlı Nazirlər Kabinetinin 73 saylı qərarla təsdiq olunmuş norma və qaydaları var. Həmin "taksilər" isə nə bu normalara uyğun gəlirlər, nə də fərqlənmə nişanını alıb fəaliyyət göstərirlər".

Polis "birmanatlıq taksi"lərə qarşı
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

"İşçi Masası" Həmkarlar İttifaqları Koalisiyasının baş koordinatoru Afiyəddin Məmmədov isə AzadlıqRadiosuna deyib ki, dövlətin bu formada özəl sektora müdaxiləsi doğru deyil: "Bu müdaxilə taksi sürücülərinin problemlərini həll etməyəcək, əksinə, daha böyük problemləri, o cümlədən korrupsiya mənbələri yaradacaq".

"Bu isə qanunaziddir"

A.Məmmədov dövlətin problemləri qanunla tənzimləməli olduğunu düşünür. Onun sözlərinə görə, şirkətlər sürücünü işə götürərkən onu fərdi sahibkar kimi qeydiyyatdan keçməyə məcbur edirlər və onlarla xidmət müqaviləsi bağlayırlar: "Bu isə qanunaziddir. Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əgər görülən iş işəgötürənin əsas fəaliyyət sahəsinə aiddirsə, o zaman əmək fəaliyyətinin xidmət müqaviləsi ilə rəsmiləşdirilməsinə yol verilmir. Bu da o deməkdir ki, sərnişindaşıma ilə məşğul olan şirkət sürücülərlə əmək müqaviləsi bağlamalıdır".

R.Həsənov
R.Həsənov

"Bu rəqabət fonunda da qiymətlər optimallaşır"

İqtisadçı Rəşad Həsənovun AzadlıqRadiosuna deməsinə görə isə, Azərbaycanda taksi xidməti çox azsaylı fəaliyyət sahələrindən biridir ki, nisbətən rəqabət var: "Bu rəqabət fonunda da qiymətlər optimallaşır. Bu da bugünkü şəraitdə alıcılıq gücü az olan Azərbaycan vətəndaşı üçün nisbətən uyğundur".

Ekspert qeyd edib ki, həmin şərtlər aradan qaldırılsa, bu, son nəticədə xidmətin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq: "Çünki rəqabət olanda xidmətin keyfiyyəti artır. Belə bir şəraitdə hökumətin vahid taksi xidməti layihəsini icra etməklə prosesi öz nəzarətinə götürməsi və vahid təriflərə keçid son nəticədə həm xidmətlərin keyfiyyətinin aşağı düşməsinə gətirib çıxaracaq, həm də qiymətlərin əlçatanlığı zəifləyəcək".

"Heç əhalini düşünmürlər?"

Taksi fəaliyyəti ilə məşğul olan və adının çəkilməsini istəməyən bir paytaxt sakini isə AzadlıqRadiosuna belə müzakirələrdən narahat olduğunu deyib: "Məmurlar indi də bizim qəpik-quruşa göz dikib? Bəs bu bahalıq vaxtı heç əhalini düşünmürlər?".

XS
SM
MD
LG