Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:28

Telegram-ın sahibi 'ana tərəfdən ukraynalıyam' deyir


Pavel Durov
Pavel Durov

Telegram platformasının banisi Pavel Durov Ukrayna istifadəçilərinə müraciət edərək messencerin onlar üçün tam təhlükəsiz olduğunu deyib.

Özünün ingilisdilli Telegram-kanalında Durov yazıb:

"Əgər siz mənim postlarımı izləyirsinizsə, bilirsiniz ki, ana xəttilə mənim köküm Kiyevdən gəlir. Anamaın qızlıq soyadı İvanenkodur. Ukrayna soy adıdır. Bizim bugün də Ukraynada yaşayan çoxlu qohumlarımız var. Ona görə də bu faciəli münaqişənin mənə və Telegram-a birbaşa aiddiyyəti var. Bəzi adamlar sual edirlər ki, Telegram hər hansı bir şəkildə ukraynalılar üçün təhlükəsizdirmii? Çünki mən bir müddət Rusiyada yaşamışam”.

Durov bunun ardınca Rusiyadan getməsinin səbəbləri barədə yazır:

“Doqquz il bundan əvvəl mən VKontakte şirkətinin baş direktoru idim. Bu Rusiyada və Ukraynada ən böyük sosial şəbəkə idi. 2013-cü ildə FTX (Federal Təhlükəsizlik Xidməti) məndən rusiyayönlü prezidentə (Viktor Yanukoviç) etiraz edən Ukrayna istifadəçilərinin şəxsi məlumatlarını tələb etdi. Mən bu tələbi rədd etdim, çünki əks halda ukraynalı istifadəçilərə xəyanət etmiş olardım”.

Durov bunu da qeyd edir ki, o vaxt yazdığı postlarıın şəkillərini saxlayıb və bununla fəxr edir:

“Mən onlara rədd cavabı verəndə bunun şəxsən mənim üçün riski böyük idi. Mən onda Rusiyada yaşayırdım və keçmiş komandam da orada idi. O vaxtdan çox illər keçib. Çox şey dəyişib. Mən daha Rusiyada yaşamıram. Orda mənim nə şirkətlərim, nə də işçilərim var. Amma bir şey dəyişməyib. Mən istifadəçilərin maraqlarına sadiqəm”.

XS
SM
MD
LG