Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:28

Putin Tokayevin adını təsadüfənmi səhv deyib?


Kasım-Jomart Tokayev və Vladimir Putin (Kollaj)
Kasım-Jomart Tokayev və Vladimir Putin (Kollaj)

KTMT-nin onlayn iclasında Vladimir Putin Qazaxıstan prezidentinə səhvən Kasım-Jomart yox, Kemel Jomartoviç deyə müraciət edib

CurrentTime yazır ki, yanvarın 10-da KTMT-nin onlayn iclasında Vladimir Putin Qazaxıstan prezidentinə səhvən Kasım-Jomart yox, Kemel Jomartoviç deyə müraciət edib. Səhv təsadüfi olmaya da bilərdi: Kemel - Tokayevin atasının adıdır.

O Qazaxıstanın sovet çekistləri barədə kitabın müəllifidir.

2019-cu ildə Tokayev Qazaxıstan prezidentinin əvəzi vəzifəsinə gələndə, elə bu adı onun oğlu Timur özünə soyad edib.

AzadlıqRadiosunun Rus xidməti və CurrentTime onun Rusiyadakı biznes aktivlərini aşkar ediblər.

O 2016-cı ildə Mayak MMC-nin direktorlar şurasına daxil idi. Bu şirkətin Moskva ətrafındakı Ximki şəhərində eyniadlı yaşayış kompleksi var.

Bu kompleksin tikintisi böyük qalmaqala səbəb olmuşdu, çünki sakinlərin şəhərdəki yeganə ictimai stadiona yolunu kəsmişdi.

Versiyalardan birinə görə 2022-ci ilin əvvəllərində Qazaxıstandakı iğtişaşlar Tokayevin adamları ilə onun sələfi - Nursultan Nazarbayevin adamları arasında klanlararası mübarizəyə görə başlanıb.

AzadlıqRadiosu hələ 5 il bundan əvvəl aşkar etmişdi ki, Kasım-Jomart Tokayevin rusiyalı arvadından olan oğlu Nazarbayevlərə və onların “pul kisəsi” sayılan iş adamı Kenes Rakişevə bağlı biznes strukturlarından birinə sıx inteqrasiya olunub.

Bəzi təsdiq olunmamış məlumatlara görə etirazlar başlanan kimi Rakişev Qazaxıstanı tərk edib.

Kasım-Jomart Tokayev (sağda) Nursultan Nazarbayevdən prezidnet səlahiyyətlərini qəbul edir (2019)
Kasım-Jomart Tokayev (sağda) Nursultan Nazarbayevdən prezidnet səlahiyyətlərini qəbul edir (2019)

Tokayev “Rusiya Federasiyasından” necə boşanıb?

Kasım-Jomart Tokayev barədə Vikipediya səhifəsində deyilir ki, o Nadejda Davıdovna Tokayeva ilə evli olub.

Amma Qazaxıstan prezidentinin rəsmi saytına görə Tokayev boşanıb və Timur adlı oğlu var.

Buna da fikir vermişdilər ki, Tokayev 2019-cu ildə prezident vəzifəsinə gələndə barmağında nişan üzüyü var idi. Sonrakı fotolarda artıq üzük görünmürdü.

Jurnalistlər Tokayevin arvadı Nadejda Davıdovna barədə də çox məlumat ala bilməyiblər.

2020-ci ildə acca.media aşkar etmişdi ki, Nadejda Tokayeva 2011-ci ildə BMT Qadın gildiyasının fəxri prezidenti olub. Tokayevin özü isə həmin vaxtlar BMT baş katibinin müavinlərindən biri idi, həm də BMT-nin Cenevrədəki şöbəsinin baş direktoru idi.

Qazaxıstan mediası yazırdı ki, Nadejda Tokayeva rusiyalıdır. Bu da məlum olub ki, Rusiyanın kommersiya reyestrində bu ad və bu soyadla qeydiyyatdan keçən olub.

Həmin Nadejda Tokayeva 2005-ci ildə daşınmaz əmlakın kirayəyə verilməsi ilə məşğul olan sahibkar kimi qeydiyyatdan keçib. Həmin Nadejda Tokayevanın bir sıra pasport göstəriciləri də bu Nadejda Tokayevanın göstəriciləri ilə eyniyyət təşkil edir.

Dəqiq məlum olan budur ki, Tokayevanın Rusiya pasportu hələ də etibarlıdır.

Qazaxıstan medialarının versiyasına görə Nadejda Tokayevanın ərindən boşanmasına səbəb onun Rusiya vətəndaşı olması və Kasım-Jomartın prezidentliyə gətirilməsi ola bilərdi.

Anasından fərqli olaraq Timurun Rusiya pasportu yoxdur.

Aleksey Navalnının 2021-ci ildə Rusiya Ədliyyə Nazirliyinin “xarici agent” siyahısına saldığı korrupsiya ilə mübarizə fondunun videoçarxlarından birində deyilirdi ki, Rosreyestr – yəni Rusiyanın daşınmaz əmlak reyestri yüksək vəzifəli məmurların adlarını gizlətmək üçün “Rusiya Federasiyası” ifadəsindən istifadə edir.

Fondun araşdırmasında bu da deyilirdi ki, Kasım-Jomart Tokayevin arvadının və oğlu Timurun adı reyestrin köhnə variantında Moskvanın mərkəzindəki iki mənzilin sahibləri kimi göstərilsə də, sonradan adlar “Rusiya Federasiyası” ifadəsi ilə əvəz olunub.

AzadlıqRadiosu aşkar edib ki, Nadejda Tokayevaya məxsus daha bir daşınmaz əmlakın sahibi kimi “Rusiya Federasiyası” yazılıb. Bu Abramtsevo qəsəbəsindəki daçadır. Buralara “General daçaları” deyilir və burda mülklərin generallara paylanmasına hələ Stalinin vaxtlarından başlanıb.

AzadlıqRadiosunun açıq mənbələrdə apardığı araşdırmadan məlum olub ki, Mayak MMC-nin direktorlar şurasının üzvlərindən biri də Timur Tokayev olub.

Həmin sənəddə Timur Tokayev barədə əvvəllər dərc olunmamış başqa məlumatlar da var:

“Təhsili – ali. Siyasət elmləri namizədi. Leman Kolleci – Cenevrə, İsveçrə. Rusiya Federasiyası Diplomatiya Akademiyası”.

İnternetdə Timur Tokayevin 2009-cu ildə müdafiə etdiyi dissertasiyanı da tapmaq olar: “Qazaxıstan Respublikasının Qərblə münasibətlərdə strategiyası. Milli maraqlar, prioritetlər, istiqamətlər”.

215 səhifəlik bu elmi işdə Nazarbayevin adı 112 dəfə çəkilib. Putinin adına bircə dəfə rast gəlinir. Obamanın adı 6, Buşun adı 14 dəfə çəkilib. Oğul Tokayev yazır ki, “Rusiya Qazaxıstanın yeganə müttəfiqidir”.

Timur Tokayevin dissertasiyasının titul vərəqi
Timur Tokayevin dissertasiyasının titul vərəqi

Timur və onun komandası

Biznes reyestrlərinin məlumatına görə Timur Tokayev Qazaxıstanda bir neçə hüquqi şəxslə bağlıdır.

O habelə babası – Kemel Tokayevin adını daşıyan xeyriyyə fondunun başçısıdır. Fondun saytında onun idarə heyətininü üzvü olduğu qeyd olunur.

Xeyriyyə fondundan başqa Timur Tokayevin adı habelə iki kiçik şirkətin sahibi kimi keçir. Geoloji kəşfiyyat və texniki ekspertiza ilə məşğul olan bu qurumların mənbələrdə əslində heç bir fəaliyyətinin və gəlirinin olmadığı göstərilir.

Eyni məlumat bazasına görə Timur Tokayev fəaliyyətini dayandırmış Salış şirkətinin həmsahibi olub.

Bu şirkətin adı əvvəllər “Abi Petroleum Capital” idi. Qazaxıstan mənbələrindəki məlumata görə Timur Tokayev onun həmtəsisçilərinin sırasına 2002-ci ildə, yəni 18 yaşındaykən qoşulub və dərhal şirkətə Atırau vilayətindəki Qryadovoye yataqlarının işlənməsi üçün lisenziya verilib.

Atırau mədəni
Atırau mədəni

Timur Tokayev bu şirkətdən payını atası baş nazir postundan xarici işlər naziri postuna keçəndə alıb.

Cenevrə mənzili

“Abi Petroleum Capital” şirkətinin ikinci şəriki Qazaxıstan diplomatı Temirtay İzbastinin oğlu Muxamed İzbastin olub.

Temirtay İzbastin Kasım-Jomart Tokayevin yeznəsdir.

Bu da xəbər verilir ki, qohum şəriklərin biznesi pis tutmayıb. Onlar 2012-ci ildə 50 milyon dollar təmiz gəlir əldə ediblər.

Bundan sonra gəlir azalıb, 2014-cü ildən isə şirkət ziyanla işləməyə başlayıb. 2020-ci ildə şirkət artıq Saliş adı ilə ləğv olunub.

Açıq mənbələrə görə Timur Tokayev son illərdə ziyanla işləyən KM GOLD şirkətinin minoritar səhmdarı olub. Beləliklə son illərdə biznes prezident oğluna əhəmiyyətli gəlir gətirməyib.

Rusiya əsgərləri Qazaxıstandan çıxarmağa başladığını deyir
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

2018-ci ildə Scanner Project saytı “Cenevrəyə səyahət” adlı araşdırma dərc etmişdi.

Bu araşdırmada deyilirdi ki, Timur Tokayevin adı Chemin Gilbert-Trolliet küçəsindəki 3 nömrəli evin sakinləri arasındadır.

Onun qonşularından birinin Semyon Vinokurov olduğu qeyd olunurdu. Vinokurov Rusiya xarici işlər naziri Sergey Lavrovun bacanağıdır.

kz.expert saytının təxminlərinə görə Tokayevin Cenevrə mənzilinin qiyməti 2 milyon dollara yaxındır.

Həmin saytın məlumatına görə Timur Tokayev Moskvada yaşayır və bizneslə məşğul olur.

Nazarbayevlərlə sıx əlaqədə

Bu da qeyd olunur ki, onun biznesində Qazaxıstanın böyük iş adamları iştirak edirlər.

2005-ci ildə Qazaxıstandakı Qryadovoye yatağında geoloji kəşfiyyat işlərini Tokayevin Abi Petroleum Capital şirkəti üçün Kazaxstankaspişelf şirkəti aparırdı. Bu şirkətin yarısı öz növbəsində Qazaxıstanın ən zəngin biznesmeni Kenes Rakişevin "Sat&Company" şirkətinə aid idi.

Kenes Rakişev
Kenes Rakişev

Əslində Moskvadakı Mayak MMC də Rakişevlə əlaqəli idi.

Mayak MMC-nin səhmlərinin 57.4 faizi Niderlandın Dostyk Investments B.V. şirkətinə məxsus idi.

Bu şirkətə Nazarbayevin böyük qızının əri Timur Kulibaliyev nəzarət edirdi.

Kenes Rakişevin özü də Qazaxıstan elitasına yaxşıca inteqrasiya olunub.

O təkcə faydalı qazıntıların çıxarılması, texnologiya və bank sektorlarında böyük biznesmen olması ilə yox, həm də İmanqali Tasmaqambetovun qızına evli olması ilə məşhurlaşıb.

Tasmaqambetov Nazarbayev administrasiyasının rəhbəri, Almatı və Astana şəhərlərinin başçısı, 2016-2019-cu illərdə isə Qazaxıstanın Rusiydakı səfiri olub.

Onu bu vəzifədən artıq yeni prezident Kasım-Jomart Tokayev azad edib.

“Sədaqətli pul kisəsi”

Digər tərəfdən Rakişevin Rusiya ilə sıx biznes əlaqələri var. Rusiya mediasında və bloqlarda onu “Nazarbayevin sədaqətli pul kisəsi” adlandırırlar.

Kenes Rakişev habelə Axmat Kadırov ordeni ilə təltif olunub.

Ramzan Kadırov onu “əsl dost və qardaş” adlandırırdı, hərçənd bu dostluq və qardaşlıq uzun sürməyib.

Son illərdə Rakişev səylərini yüksək texnologiyalar sektoruna yönəldib. O smartfonlar və kompüterlər istehsalı üzrə layihələrdə iştirak edir, elekltrik avtomobillərinin istehsalına, Qazaxıstanda isə akkumulyator batareyaları üçün lazım olan metalların emalına investisiyalar yatırıb.

Timur Kemel

Kasım-Jomart Tokayevin oğlunun Kenes Rakişevin bizneslərindən biri olan Mayak MMC-nin direktorlar şurasına daxil olduğu vaxtdan artıq beş il keçir.

Timur Tokayevin indi nə işlə məşğul olduğu bilinmir. Bilinən budur ki, o 2019-cu ilin aprelindən, yəni atası prezidentin səlahiyyətlərinin icrasına başladığı vaxtdan soyadını dəyişərək Timur Kemel olub.

Rusiyanın biznes informasiya banklarında bu ad və bu soyadda artıq heç kim yoxdur. Ola bilsin ki, o Rusiya biznesində hələ də köhnə soyadından istifadə edir.

Amma “Nazarbayevin sədaqətli pul kisəsi” – Rakişevin nə işlə məşğulı olduğu məlumdur.

O bu ilin 10 yanvarında özünün Kazaxıstandakı bankı – BTA ilə Vladimir Qolubevin “Adamant” şirkəti arasında razılaşma imzalayıb.

Bu razılaşmaya əsasən Rakişev özünün Nord Star şirkətindəki bütün payını Qolubevə satıb.

Bu şirkət 2020-ci ildə Rusiyanın Arktika zonasında ilk mənzillənən qurum olub.

Nazarbayevə çox yaxın biznesmenin bu layihədən soyumasının səbəbi bilinmir. Amma əvəzində Qolubevin bu layihədə iştirakı məntiqli görünür.

Onu da “pul kisəsi” adlandırıblar. Amma bu “pul kisəsi” artıq İqor Seçinə aid idi.

Qolubevin adını 1990-cı illərdə Sankt Peterburqun kriminal aləmi ilə bağlayırdılar.

Jurnalist Andrey Konstantinov özünün “Bandit Peterburqu” kitabında yazırdı ki, Qolubev kriminal avtoritet sayılırdı və ayaması “Barmaley” idi.

O hazırda kriminal aləmlə hər hansı əlaqələrini inkar edir və 2017-ci ildə Google axtarış sistemindən bu barədə resurslara çıxışların silinməsinə nail olub.

XS
SM
MD
LG