Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:36

Fərid Mansurov: Olimpiya Oyunlarının təxirə salınması ilə bağlı...


Tokio Yay Olimpiya Oyunları, 2021
Tokio Yay Olimpiya Oyunları, 2021

Tokio 2020 Olimpiada Oyunları təşkilat komitəsinin bir rəsmi deyib ki, əgər koronavirus yoluxmaları kəskin artmaqda davam edərsə üç gündən sonra başlamalı olan oyunlar ləğv edilə bilər.

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ləğv edilib-edilməyəcəyi indi bütün dünyada maraqla gözlənən məsələdir.

“Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ləğv olunması Olimpiadanın təşkilat komitəsinin qəbul edəcəyi qərardır. Yoluxma sayı artarsa Təşkilat Komitəsinin belə bir qərar qəbul etmək hüququ var. Amma Oyunların təxirə salınması ilə bağlı nümayəndə heyətimizə rəsmi şəkildə heç bir məlumat verilməyib".

AZƏRTAC-ın xəbərinə görə, bunu Tokioda olan Azərbaycan milli komandasının şef-de-missionu Fərid Mansurov jurnalistlərə açıqlamasında deyib.

Hazırda Atletlər kəndində həyatın normal məcrada davam etdiyini vurğulayan F.Mansurov bildirib:

“Azərbaycanın Olimpiya komandasının üzvləri yarışlara hazırlaşır, məşqləri sistemli şəkildə davam etdirirlər. Ümumilikdə komandamızın əhval-ruhiyyəsi və sağlamlıq durumu qənaətbəxşdir”.

Tokio 2020 Olimpiadasının təşkilat komitəsindən bir rəsmi bildirdirib ki, əgər koronavirusa yoluxmalar kəskin artmaqda davam edərsə bir neçə gündən sonra başlamalı olan Oyunların ləğv oluna biləcəyi istisna edilmir.

Komitənin rəsmilərindən Toşiro Muto iyulun 20-də deyib ki, təşkilatçılar koronavirus pandemiyası vəziyyətini diqqətlə müşahidə edirlər və əsaslı qərar qəbul etmək üçün başqa rəsmilərlə məsləhətləşirlər.

Xatırlatma

Azərbaycan XXXII Yay Olimpiya Oyunlarına 44 idmançı ilə qatılmalıdır.
Tokioda 2020-ci ilin yayında keçirilməli olan XXXII Yay Olimpiya və XVI Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar bu ilə təxirə salınıb. Olimpiya Oyunlarının rəsmi açılış mərasimi iyulun 23-də keçirilməlidir. Olimpiadaya avqustun 8-də yekun vurulmalıdır. Paralimpiya Oyunları isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməlidir.

XS
SM
MD
LG