Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:48

Qafqazda atəş səsləri kəsilmir…Yəni toy məclislərində…


2012-ci ildə Moskvada dağıstanlıların toyundakı atışmadan sonra
2012-ci ildə Moskvada dağıstanlıların toyundakı atışmadan sonra

AzadlıqRadiosunun “Kavkaz. Realii” saytı yazır ki, Şimali Qafqazın başçıları bu problemi bir xeyli vaxtdır ki, həll etməyə çalışırlar.

Məsələn İnquşetiyada toy karvanında yol hərəkəti qaydalarını pozmuş avtomobilləri cərimə meydançasına aparırlar.

Ötən iyulda İnquşetiyanın icra başçısı Yunus bek Yevkurov bəyanat vermişdi ki, yol-nəqliyyat hadisələrinin və qəzaların qarşısının alınması üçün toy karvanlarında 3-4 maşından artıq ola bilməz.

Qafqaz saytı yazır ki, bu Yevkrovun “toy kortejlərini” cilovlamaq üçün etdiyi ilk cəhd deyil. 2013-cü ildə Yevkurov bildirmişdi ki, toy karvanlarındakı avtomobillər tez-tez qaydaları pozur, qəza törədir və ya qəza şəraiti yaradırlar.

Amma belə görünür ki, İnquşetiya rəhbərinin narahatlığını bölüşənlər o qədər də çox deyil, çünki belə olmasaydı, qonşu Çeçenistanın lideri Ramzan Kadırovun bacısı oğlu İnquşetiyada öz toy karvanına yüzədək artıq avtomobil qoşmazdı.

Bir milyard rublluq kortej

Qafqaz saytı yazır ki, bahalı avtomobillərdən ibarət bu karvanı “milyard rublluq kortej” adlandırıblar.

VİP karvanın avtomobilləri yol hərəkəti qaydalarını pozsalar da, yol polisi qaydapozanları cəzalandırmaq təşəbbüsündə bulunmayıb.

Ramzan Kadırova gəlincə isə o, çeçen toylarının başqa bir adəti ilə mübarizə aparmağa çalışır.

Kadırov toylarda atəş açmağı qadağan edib və deyib ki, keçmiş zamanlarda mobil telefon və SMS-lər olmadığına görə adamlar gəlinin gəlişini atəşlə xəbər verirdilər.

Lakin görünür bu adətlə mübarizə də asan olmayacaq, çünki Moskvada 2012-ci ildə keçirilən bir dağısatanlı toyunda əməlli-başlı atışma baş vermiş, böyük qalmaqal yaranmışdı.

Toy karvanları ilə bağlı Şimali Osetiyada da problem var, amma burada mübarizəni mətbuat və televiziyada maarifləndirmə ilə aparırlar.

Qaraçay-Çərkəz respublikasının Daxili İşlər Nazirliyi isə bildirib ki, toylarda maşın karvanları qadağan deyil, amma atəş açmaq qadağandır.

Buna baxmyaraq burada hər toyda qanunsuz silahlarla bağlı azı iki protokol tərtib olunur.

Qafqaz saytı yazır ki, hüquq-mühafizə orqanları bu hadisələrə göz yummağa məcbur olduqlarını etiraf edirlər.

Elin “adət-ənənəsinə” qarşı çıxmaq asan deyil.

XS
SM
MD
LG