Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 04:56

ABŞ-dan müsəlman ölkələrinə yeni qadağa: Türkiyəyə də...


İllüstrasiya
İllüstrasiya

ABŞ hökuməti müsəlman ölkələrinə qarşı daha bir qadağa tətbiq edib.

NPR xəbər verir ki, bundan sonra 8 müsəlman ölkəsindən birbaşa ABŞ-a uçan sərnişinlər noutbook, tablet və kameralarını baqaja təhvil verməli olacaqlar. Bu ölkələr İordaniya, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Mərakeş və birləşmiş Ərəb Əmirlikləridir.

Bu ölkələrdən gələnlər təyyarənin göyərtəsinə yalnız mobil telefon götürə biləcəklər. Ondan böyük heç nə.

Təhlükəsizlik orqanları ehtiyat edirlər ki, terrorçular nisbətən iri cihazlarda partlayıcı gizlədə bilərlər.

Trump administrasiyasının tətbiq etdiyi yeni qaydalar çərşənbə axşamından qüvvəyə minib.

Bu ölkələr ənənəvi olaraq ABŞ-ın müttəfiqi olublar.

Trump bundan öncə də müsəlman ölkələri ilə bağlı fərmanlar verib. Bəzi müsəlman ölkələrindən gələnlərin ABŞ-a buraxılmaması ilə bağlı fərmanların icrası Amerika məhkəmələrində dayandırılıb və qüvvədən düşüb.

XS
SM
MD
LG