Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:45

Türkiyə 'Oskar'a bu filmi göndərir


Filmdən kadr
Filmdən kadr

Türkiyənin 94-üncü Kino Akademiyası Mükafatlarına (Oskar) namizədi rejissor Semih Kaplanoğlunun çəkdiyi 'Bağlılık Hasan' filmi oldu

Türkiyənin 94-üncü Kino Akademiyası Mükafatlarına (Oskar) namizədi rejissor Semih Kaplanoğlunun çəkdiyi 'Bağlılık Hasan' filmi oldu.

“Bağlılık Hasan” Semih Kaplanoğlunun bundan öncə çəkdiyi “Bağlılık Aslı” filmi ilə başlayan “Bağlılık” trilogiyasının ikinci filmidir. “Bağlılık Aslı” da Oskar mükafatına namizəd göstərilmişdi.

Türkiyənin abcgazetesi.com saytı yazır ki, film atasından miras qalan torpaqlarda dolanışığını bağbanlıq və kənd təsərrüfatı ilə təmin edən bir kişinin hekayəsindən ibarətdir.

“Xüsusi baxış”da dünya premyerası

“Bağlılık Hasan”ın aktyor heyətində Umut Karadağ, Filiz Bozok, Gökhan Azlağ, Hakan Altıner, Mahir Günşıray, Devrim Özder Akın ve Ayşe Günyüz Demircinin adları var.

Amerika Kino Akademiyasının 94-cü Oskar mükafatları 2022-ci il, martın 27-də keçiriləcək mərasimdə sahiblərinə təqdim ediləcək.

Semih Kaplanoğlu "Bağlılık Hasan" filminin həm rejissoru, həm də ssenari müəllifidir. Filmin dünya premyerası 2021-ci ilin iyununda 74-cü Kann Film Festivalının "Xüsusi baxış“ (Un Certain Regard) hissəsində edilmişdi. Qeyd edək ki, “Xüsusi baxış” Kann kinofestivalının əsas müsabiqədən sonrakı ikinci ən mühüm hissəsidir.

“Kaplan Film” və “Sinehane” studiyalarının istehsalı olan filmdə baş rolları Umut KaradağFiliz Bozok oynayıb. Mahir Günşiraysa filmdə qonaq aktyor kimi yer alıb.

Hədəfə uyğun

Filmin qəhrəmanı Hasan dolanışığını atasından qalan meyvə bağçası və pomidor tarlasıyla təmin edir. Hasan ona məxsus torpağın ortasında basdırılması planlaşdırılan elektrik dirəyindən yaxa qurtarmağa çalışır.

Ümumiyyətlə, Hasan və həyat yoldaşı Filizi tanıdıqca illər boyu apardıqları çətin həyat mübarizəsi içində yalnız öz hədəflərinə uyğun hərəkət etdiklərini, davranışlarının başqa insanlara təsirlərini çox da düşünmədiklərini görmək olur.

Ancaq illərlə gözlədikləri şad xəbəri alıb həcc ziyarəti üçün Məkkəyə getməyə hazırlaşdıqları günlərdə Hasan öz keçmişiylə hesablaşıb öz içində bir vicdan haqq-hesabı yaşamağa başlayır. Həyatını üzərində qurduğu dəyərləri, keçmişdə atdığı addımları saf-çürük etməyə başlayır.

XS
SM
MD
LG