Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:40

Türkiyədə yanğınlar 17 əyalətə yayılıb, bunun qəsdən törədildiyi istisna edilmir


Türkiyə yanğın
Türkiyə yanğın

Türkiyədə meşə yanğınları 3-cü gündür ki, davam edir.

İlk olaraq Antalya vilayətindən başlayan yanğın artıq Muğla, Bodrum, Osmaniye, Kayseri, Adana, Mersin və digər bölgələrə yayılıb.

Reütersin verdiyi son məlumata görə indiyədək azı 3 nəfər ölüb, 140-dan çox adamsa xəsarət alıb.

Hakimiyyət ehtimal edir ki, yanğınlar qəsdən törədilib.

Türkiyə prezidenti Racep Tayyip Erdogan cinayətdə əli olanların məsuliyyətə cəlb olunacaqlarını bəyan edib.

Rəsmilərin dediklərinə görə, bu həftə Egey və Aralıq Dənizi sahillərində yerləşən 17 vilayətdə 60-dan çox meşə yanğınları peyda olub.

Fövqəladə Hallar Xidmətinin məlumatına görə, bu yanğnlardan 36-sı lokallaşdırılıb.

Bir gün öncə Antalyada 18 kənd, qonşuluqda yerləşən Adana və Mersin vilayətlərində isə 16 kənd boşaldılıb.

Hakimiyyət Manavqat şəhərindəki xəstəxananı Mərmərədəki hotelə köçürməli olub.

Xeyli ev və tikili məhv olub, kənd təsərrüfatı və həyətyanı sahələrə ciddi ziyan dəyib, iri və xırda buynuzlu heyvanlar tələf olub.

Türkiyədə yanğın
Türkiyədə yanğın

Türistlərdən biri gördüklərini belə təsvir edir:

“ 2 gün idi ki, burdaydıq, hər şey normal idi. Sonra birdən uzaqdan tüstü peyda oldu. Əvvəl elə bildik ki, yağışdır, amma birdən alov peyda oldu”.

Türkiyənin kənd təsərrüfatı naziri Bekir Pakdemirli hesab edir ki, vəziyyətin tam nəzarətə götürülməsi xeyli vaxt apara bilər.

Nazir bildirib ki, yanğınla mübarizəyə 35 təyyarə, 457 nəqliyyat vasitəsi və 4000 min canlı qüvvə cəlb edilib.

XS
SM
MD
LG