Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:25

Türkmənistan Əfqanıstanla sərhədə ağır texnika cəmləşdirir


Türkmənistan əsgərləri (Arxiv fotosu)
Türkmənistan əsgərləri (Arxiv fotosu)

Türkmənistan Əfqanıstanla həmrəhəd Sərhədabad şəhərində ağır hərbi texnika – toplar, tanklar və zirehli maşınlar cəmləşdirməyə başlayıb.

Bütün bunlar Əfqanıstanda yeni ərazilər zəbt edən Taliban islamçı qruplaşması döyüşçülərinin Türkmənistan sərhədinə yaxınlaşdığı bir vaxtda baş verir.

Turkmen.news xəbər agentliyi bu məlumatı iyulun 9-da mənbələrini göstərmədən yayıb.

Agentlik bildirir ki, bu, ərazidə foto və video çəkən şəxslərin təhlükəsizliyi məqsədilə edilir.

Bu da xəbər verilir ki, son sutkalar ərzində Əfqanıstan ərazisindən güclü partlayış səsləri eşidilir.

Bu barədə sərhədyanı bölgələrin sakinləri də bildirirlər. Onlar bunu da deyiblər ki, Əfqanıstan sərhədinə doğru türkmən hərbçilərlə dolu avtomobil karvanları gedir.

Eyni zamanda Türkmənistanın sərhəd xidmətinin zabitləri ailə üzvlərini bölgədən evakuasiya edirlər.

Türkmənistan sərhəd məntəqəsini bağlayıb

Bundan bir neçə gün əvvəl Türkmənistan ətraf bölgənin Taliban tərəfindən nəzarətə götürülməsi ilə əlaqədar sərhəd məntəqələrindən birini bağlayıb.

Xəbər verilir ki, bu, Türkmənistandan Əfqanıstana ixracın dayanmasına səbəb olub.

ABŞ və müttəfiqlərinin Əfqanıstanı tərk etdikləri bir şəraitdə Taliban və hökumət qoşunları arasında qızğın döyüşlər gedir.

Bir çox rayonlar, xüsusilə də kənd yerləri Taliban qruplaşmasının nəzarətinə keçib.

Belə bir şəraitdə çox vaxt hökumət əsgərləri ya Talibanın tərəfinə keçir, ya da geri çəkilirlər.

Geri çəkilən Əfqanıstan əsgərləri həm də Tacikistan sərhədini keçərək bu ölkəyə sığınıblar.

Bu arada Taliban qruplaşmasının siyasi qanadının nümayəndələri Moskvaya gəliblər. Rusiya Talibanı terrorçu təşkilat hesab etsə də, qrupun nümayəndələri ilə danışıqlar aparır.

Taliban Rusiyanı əmin etməyə çalışır ki, münaqişənin Əfqanıstan sərhədindən kənara çıxmasında maraqlı deyil.

Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin yaranmış vəziyyətdə sərhədlərinin qorunması üçün Tacikistana dəstək veriləcəyini bildirib.

Tacikistan prezidenti Emomali Rahmon Əfqanıstan sərhədinə 20 minlik əsgəri qüvvə göndərib.

XS
SM
MD
LG