Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:54

Türkmənistanda Özbəkistan SIM kartlarından istifadə edənləri axtarırlar


Özbəkistan SIM kartlarından biri
Özbəkistan SIM kartlarından biri

Türkmənistanın güc strukturları ölkənin Özbəkistanla həmsərhəd regionlarında reydlər keçirirlər.

AzadlıqRadiosunun Türkmən xidmətinin iki rəsmi mənbəyə istinadla verdiyi məlumatına görə məqsəd bu bölgələrdə Özbəkistanın mobil operatorlarına aid SIM kartlardan istifadə edənlərin müəyyənləşdirilməsidir.

Xəbərdə deyilir ki, Özbəkistan operatorlarının mobil rabitəsindən Türkmənistanın həmsərhəd Daşoğuz və Lebap vilayətlərində istifadə etmək mümkündür.

Bu rabitə internetə giriş imkanı verir, halbuki Türkmənistanın özündə internet demək olar tamamilə bloklanıb və ölkədə yalnız bir dövlət operatoru – “Altın Asır” mövcuddur.

Hakimiyyətin qorxusu

AzadlıqRadiosunun söhbət etdiyi şəxslərdən biri deyib ki, Türkmənistan hakimiyyəti həmsərhəd region sakinlərinin internetə giriş əldə etmələrindən və beləliklə də müstəqil və müxalif saytlara daxil ola və Qərb təşkilatları ilə əlaqə qura bilmələrindən narahatdır.

Bu da xəbər verilir ki, Milli Təhlükəsizlik Nazirliyinə Özbəkistan mobil operatorlarının rabitəsindən istifadə edənlərin telefonlarının yoxlanması tapşırılıb.

Əgər belə rabitəsi olan şəxslərin xarici təşkilatlarla əlaqədə olması və ya onlardan hər hansı yardım alması məlum olarsa, belə şəxslər casusluq maddəsi ilə məsuliyyətə cəlb olunacaqlar.

Özbəkistan SIM kartlarını Türkmənistana qonşu ölkəyə gedib-gələn iş adamları gətirirlər.

Yerli sakinlərdən biri deyib ki, SIM kart satanların Özbəkistanda öz adamları var və onlar lazım gəldikdə telefonlara kontur yükləyə bilirlər. Belə kartların qiyməti təxminən 1500 manatdır (410 dollar).

XS
SM
MD
LG