Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:49

Üçüncü körpə də öldü…


Illüstrasiya
Illüstrasiya

►“Qızım çox pis vəziyyətdədir. Xəbər gələndə dərman atıb özünü öldürmək istəyirdi. Çox qorxdum. Mən axıra kimi də Salyan rayon xəstəxanasının həkimlərindən şikayətçiyəm”

Ötən həftə Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanı da iyunun 30-da Bakıda müalicə aldığı tibb müəssisəsində ölüb.

Bu haqda AzadlıqRadiosuna körpənin nənəsi Şəlalə Abdullayeva məlumat verib. Onun sözlərinə görə, ona az əvvəl körpənin müalicə olunduğu Elmi-tədqiqat Pediatriya İnstitutundan zəng edib xəbəri çatdırıblar:

“Xəbər gəldi ki, uşaq öldü. Ekspertizaya göndərilib. Mən istəmirdim ekspertizaya göndərilməsini, amma Salyanın prokuroru təkid etdi. Onu Bakıya boğulması olduğuna görə aparmışdılar. Orda demişdilər ki, vəziyyəti pisdir, yaşamaya da bilər. Mənim Bakıdakı həkimlərdən şikayətim yoxdur, uşağın yaşamasından ötrü əllərindən gələni etdilər”.

Şəlalə Abdullayeva doğuşdan sonra özünə gələ bilməyən gənc ananın vəziyyətinin ağır olduğunu söyləyir:

“Qızım çox pis vəziyyətdədir. Xəbər gələndə dərman atıb özünü öldürmək istəyirdi. Çox qorxdum. Mən axıra kimi də Salyan rayon xəstəxanasının həkimlərindən şikayətçiyəm. Onlar balamın sevincini əlindən aldılar”.

Körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindədir.

____________________________________________________________

Bunlara da bax:
Corc Sorosdan İlham Əliyevə sərt tənqid
Manat niyə dəyərdən düşür?- Ekspert izah edir

____________________________________________________________

“TƏƏSSÜF Kİ, SAXLAYA BİLMƏDİK”

Elmi-tədqiqat İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev AzadlıqRadiosuna deyib ki, uşaq iyunun 30-da saat 16.10-da tələf olub:

“10 sutka onu aparatda saxladıq. Ağciyərlərin işini bərpa edə bilmədik. Eyni zamanda, baş-beyində zədələnmə vardı, üçüncü dərəcəli qansızma vardı. Xilas edə bilmədik. Bütün vasitələrdən istifadə etdik, avadanlıq var, dərman var, təəssüf ki, spontan tənəffüs yaratmaq mümkün olmadı”.

İyunun 20-də Salyanda üçəm doğulub. Onlar küvezə yerləşdirilib. Ancaq az sonra onlardan ikisi tələf olub. Körpələrin yaxınları onların xəstəxanada elektrik enerjisi kəsildiyindən öldüyünü bildirir. Belə ki, dediklərinə görə, elektrik enerjisi olmadığından uşaqların oksigen təchizatı kəsilib.

Səhiyyə Nazirliyi bu deyilənləri ilk gündən rədd etmişdi, körpələrin vaxtından əvvəl - hamiləliyin 31-ci həftəsində doğulması və çəkilərinin azlığı səbəbindən tələf olduğunu bildirmişdi. Hazırda araşdırma gedir.

Sağ olan körpə Bakıya Elmi-tədqiqat Pediatriya İnstitutuna yerləşdirilmişdi. Müəssisənin direktoru Nəsib Quliyev AzadlıqRadiosuna müsahibəsində onun vəziyyətinin ağır olduğunu bildirmişdi.

Buna da bax: "Həkimlər həbs olunmayınca geri çəkilən deyiləm"

"Həkimlər həbs olunmayınca geri çəkilən deyiləm".
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 30 iyun

Azərbaycan bazarında saxta mallar
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 30 iyun

Pivəçi:"Dövlətdən xahiş edirəm, kömək eləsin"
XS
SM
MD
LG