Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:23

Poroshenkonun sülh təşəbbüsü, Slavyansk meri devrildi (Ukrayna xronikası)

- Ukrayna təhlükəsizlik qüvvələri separatçılara qarşı əməliyyatına əks tərəf Ukrayna-Rusiya sərhədindəki hərbi hissələrə hücumlarla cavab verir. Döyüşlərin şiddəti, hərbi toqquşmaların miqyası günü-gündən artır.

- Ukrayna prezidenti döyüş bölgələrindən dinc əhalinin çıxarılması haqda göstəriş verib

- Slavyanskda və Kramatorskda ağır döyüşlər davam edir. Donbass-ın digər şəhərlərindən də həyəcanlı xəbərlər daxil olmaqdadır


Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
18:37 10.6.2014

SEPARATÇI LİDER PNOMORYOVUN HƏBS XƏBƏRİ YAYILDI

Vyacheslav Ponomarev mediada ən çox görünən Rusiyameylli liderlədən biridir
Vyacheslav Ponomarev mediada ən çox görünən Rusiyameylli liderlədən biridir


Rusiya medaisı özünü Slavyanskın “xalq meri” elan edən Vyacheslav Ponomaryov-un digər Rusiyameylli yaraqlılar tərəfindən həbs olunduğu haqda xəbərlər yayır. Donetsdəki separatçıların lideri Denis Pushilin jurnalistlərə bildirib ki, xəbəri nə təsdiq, nə də təkzib edə bilər. Separatçılardan bəziləri xəbərin təxribat olduğunu deyirlər.

Ukrayna təhlükəsizlik qüvvələrinin mühasirəsində olan Slavyanskda son günlər ağır döyüşlər gedir. Artilleriya zərbələrindən sonra şəhərin bəzi binaları dağılıb. Dinc sakinlər arasında tələfat olduğu bildirilir. Eyni zamanda şəhər ilə mobil rabitə əlaqəsi kəsilib.

Ukraynanın şərqində hərbi əməliyyatlara cəlb olan hər 2 tərəfdə düşərgədaxili ziddiyətlət haqda daim məlumatlar yayılır. Ukrayna tərəfdə könüllü batalyonlar və sərhəd qoşunları ordu rəhbərləiyindən dəfələrlə şikayət edib.


Donetsk separatçıları arasında da ziddiyətlətin ən parlaq nişanəsi mayın 29-da separatçı yaraqlılardan ibarət Vostok batalyonu qondarma Donetsk xalq respublikasının qərargahını oradakı silahlılardan təmizləməsi sayıla bilər.
15:28 10.6.2014

"Elçibəy əsgəri" nickli oxucumuz bloqun forum hissəsində yazır


"Ukrayna ordusunun berbad halda olmasının günahı ondadır ki,eks prezident Yuşenko başda olmaqla ölkenin diger eks prezidentleri de demek olar ki,ordu quruculuğuna vaxt ayırmayıblar.Rusiya da bundan nece lazımdır yararlanıb,güc nazirliklerine lazımı qeder öz adamlarını yerleşdirib..."

Sənin fikrincə, Ukraynada gedən hərbi qarşıdurmanın arxasında hansı səbəblər və ya qüvvələr durur? Forum açıqdır...
15:11 10.6.2014

“SƏRHƏDSİZ YARAQLIALR” TƏŞKİLATI…

Rusiyapərəst yaraqlılar Dovjansk sərhəd keçid məntəqəsində. 9 iyun 2014
Rusiyapərəst yaraqlılar Dovjansk sərhəd keçid məntəqəsində. 9 iyun 2014

Ukrayna mətbuatı xəbər verir ki, Ukrayna-Rusiya sərhəddinin Luqansk vilayəti ərazisində, “Dovjansk” keçid məntəqəsində sərhəd keçidini Rusiyameylli yaraqlılar həyata keçirməyə baılayıb. Onlar buradan keçən vətəndaşlara “vəsiqə” verir, Rusiya sərhədçiləri ilə yaxından əməkdaşlıqdadırlar.

Xatırladırıq ki, iyunun 5-də Ukrayna hökuməti Luqansk vilayətindəki vəziyyəti nəzərə alaraq bir sıra sərhəd-keçid məntəqələrinin bağlanması haqda qərar verib. Vətəndaşların Rusiya Federasiyasına keçidini dayandıran sərhəd məntəqələri arasında “Dovjansk” da var.

Ukrayna “İnfromasiya müqaviməti” mərkəzinin rəhbəri Dmitri Tymchuk öz FB saytında yazır ki, Ukrayna tərəfi bağlanan 7 sərhəd məntəqləri haqda Rusiyanı xəbərdar edib. 2 ölkə arasındakı müqaviləyə əsasən, sərhəd məntəqələrində tərəflərdən biri gediş-gəlişi dayandırırsa, əks tərəf də bunu etməlidir.

“Lakin Rusiya naməlum səbəblərdən ikitərəfli razılaşmanı kobud şəkildə pozaraq terrorçularla sıx əməkdaşlıq edir” – deyə Tymchuk yazır.

Iyunun əvvəlində Luqanskdakı yaraqlı qruplaşmalar Ukrayna sərhədçilərinə qarşı genişmiqyaslı hücumlara başladılar. Ağır döyüşlərdən sonra Ukrayna sərhədçiləri Rusiya ilə sərhəddin bir sıra zolaqlarını tərk etməyə məcbur oldular.

Nəzarətsiz qalan Rusiya-Ukrayna sərhəddindən Donbassdakı separatçılara silah, sursat və canlı qüvvə daşınması haqda gündəlik xəbərlər dail olur. Ekspertlərin fikrincə, silahlı qruplaşmaların Rusiyadan təhcizatı dayandırılmasa Donbassda gedən müharibə illərlə uzana bilər.

Davamı

XS
SM
MD
LG