Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:31

Ekspert Ukraynada müharibənin iki-üç aya qızışacağını gözləyir


Ukraynanın Lvov şəhərində müharibə qurbanları yad edilir
Ukraynanın Lvov şəhərində müharibə qurbanları yad edilir

Təhlilçinin fikrincə, Rusiyanın dövlət maşını repressiya, məcburiyyətlə milyonluq ordu da yığa bilər, amma ertəsi gün onun yemək, silah məsələsi yaranacaq

Rusiyanın Ukraynaya qarşı müharibəsinin növbəti mərhələsi cəbhədəki vəziyyətdən asılı olaraq bir neçə ay uzana bilər. Bunu ABŞ Prezidentinin müşaviri Ceyk Sallivan aprelin 4-də brifinqdə deyib. Onun sözlərinə görə, Rusiya hərbçiləri Ukraynanın şimalından Donbasa dislokasiya olunurlar.

ABŞ-ın hesablamalarına görə, Rusiya Luqansk və Donetsk vilayətlərini tutmağa fokuslanacaq, bununla da Ukraynadakı öncəki hərbi uğursuzluqları ört-basdır etməyə çalışacaq.

Qüvvələr geri çəkilir, amma...

Hazırda Rusiya ordusunun Sumi, Çerniqov, Kiyev vilayətlərindən çıxması barədə xəbərlər gəlir. Hərbi ekspert Aleksey Melnik “Current Time”ın efirində deyib ki, Rusiya ordusu həqiqətən də bu regionlardan çıxır, bu, məcburi addımdır. Amma ekspertin fikrincə, bu vacib uğur olsa da, qələbəni bayram etməyə hələ çox var. Çünki hazırda bu qüvvələrin yenidən qruplaşdırılması gedir, yaxın aylarda Rusiya rezervlərini işə sala bilər.

“Britaniya kəşfiyyatının məlumatına görə, Çerniqov və Kiyev vilayətlərindən çıxarılan qüvvələr hazırlaşacaq, yenidən təşkilatlanacaq, əlavə silahlanacaqlar. Buna görə də iki-üç aya eskalasiyanın növbəti mərhələsini gözləmək olar”, – o vurğulayıb.

Melnikov mayın 9-dək olan dövrü kritik sayır, çünki Rusiya Prezidenti Vladimir Putinə minimum Luqansk və Donetsk vilayətlərinin tutulması barədə raport verilməlidir. Bundan sonra Rusiya Ukraynadan çıxardığı qüvvələri yenidən qruplaşdıracaq və müharibənin yeni dalğasına hazırlıq başlanacaq.

Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

Əməliyyat hədəfləri

“Putin və onun komandanlığı operativ məqsədlərinə korrektə etməyə başlayıblar. Əməliyyatın əsas məqsədi – Ukraynanın məhvi dəyişməz olaraq qalır. Məncə, hazırda onların real hesab etdiyi – işğal zonasını cənubdan Dnepr boyunca və Xarkov xəttinə qədər genişləndirməkdir. Rusiya növbəti 2-3 aya qarşısına bu əməliyyat məqsədlərini qoyacaq”, – Melnikov deyib.

Təhlilçi Dneprin də Rusiya üçün hərbi-sənaye kompleksi baxımından strateji əhəmiyyətli şəhər olduğunu deyir. “Rusiyanın planı onu ya nəzarətə almaq, ya da alınmasa, sadəcə məhv etməkdir”, – o söyləyir.

Xerson vilayətinə gəlincə, ekspert Rusiyanın orada nəzarəti bərpa etməyə çalışdığını düşünür. Ukrayna hazırda Xerson vilayətinə bütünlükdə və Xerson şəhərinə nəzarət etməsə də, Rusiya da onu tam nəzarətə götürə bilməyib. Ekspert Rusiyanın əsas probleminin hərbi-mülki administrasiya yaratmaq olduğunu deyir. Vilayətdə hərbi administrasiya olsa da, 2014-cü ildə Luqansk və Donetskdəki kimi işğal hakimiyyəti qurulmayıb, o vurğulayır.

NATO Ukraynaya əlavə silah göndərəcək
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

İtkilərin bərpası

Melnikov Rusiyanın indiyədək müharibədə 10-15 minədək hərbçi itirə biləcəyini deyir. Yaralılarla birlikdə isə itkilər 50 minə yaxın ola bilər. Buna görə də o, Rusiyanın geri çəkdiyi qüvvələrini bərpa etməsinə 2-3 ay gərəkəcəyini düşünür. “Sovet ordusunda gənc əsgərin minimum hazırlıq kursu bir ay idi. Rusiya ordusu sovetdəkindən çox uzağı getməyib”, – o deyir.

Təhlilçinin fikrincə, Rusiyanın dövlət maşını repressiya, məcburiyyətlə milyonluq ordu da yığa bilər, amma ertəsi gün onun yemək, silah məsələsi yaranacaq.

“900-dək suriyalı muzdlunu cəlb etmək cəhdləri var. Bu, ciddi dağıdıcı qüvvədir. Amma strateji baxımdan vəziyyəti dəyişməyəcək. Rusiya indi istənilən rezervlərdən istifadə etməyə çalışır”, – deyən Melnikov Ukrayna ordusunun uğurları çox olduqca, Rusiyanın daha çox itki verəcəyini qeyd edir.

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı hücuma keçib. Qərb Moskvaya sərt maliyyə sanksiyaları tətbiq edib.

XS
SM
MD
LG