Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Kiyev NATO rəsmisinin 'alyans üzvlüyü əvəzində ərazi' güzəştinə dair təklifinə sərt reaksiya verdi


Ukrayna XİN-in rəsmi nümayəndəsi Oleq Nikolenko
Ukrayna XİN-in rəsmi nümayəndəsi Oleq Nikolenko

Ukrayna Xarici İşlər Nazirliyinin rəsmisi Ukraynanın bəzi ərazilərini güzəştə getməsi müqabilində ona dərhal alyans üzvlüyü verilməsinə dair söhbətləri “tamamilə qəbuledilməz” adlandırıb.

Ukrayna XİN-in mövqeyini onun rəsmi nümayəndəsi Oleq Nikolenko bəyan edib.

Norveçin VG nəşri bundan əvvəl NATO baş katibi ofisinin rəhbəri Stian Yenssenin bir şərhini yaymışdı.

"Həmişə belə güman etmişəm ki, Alyans da Ukrayna kimi..."

Yenssen Arendalda keçirilən debatlar zamanı demişdi ki, müharibənin başa çatdırılması mərhələlərindən biri də Ukraynanın öz ərazilərinin bir hissəsindən imtina etməsi əvəzində onun NATO üzvlüyünə qəbulu ola bilər.

NATO-nun baş katibi Yens Stoltenberq dəfələrlə bəyan edib ki, Rusiya işğalının dayandırılması barədə danışıqlar yalnız Ukraynanın özünün təklif etdiyi formul əsasında aparıla bilər.

Oleq Nikolenko bu barədə özünün Facebook səhifəsində yazıb:

"Həmişə belə güman etmişəm ki, Alyans da Ukrayna kimi ərazi alveri etmir. Şüurlu və ya qeyri-şüurlu şəkildə NATO məmurlarının Ukraynanın öz ərazilərindən imtina edə biləcəyinə dair təsəvvürün formalaşdırılmasında iştirakı Rusiyanın işinə yarayır”.

Zelenskinin “sülh formulu”

Ukrayna prezidenti Volodimir Zelenskinin 10 maddədən ibarət sülh planı və ya “sülh formulu” həm də Moskva ilə hər hansı danışıqların, Rusiyanın yalnız Krım da daxil işğal etdiyi bütün əraziləri qaytarmasından və Rusiya qoşunlarının bütün işğal edilmiş ərazi və regionlardan çıxarılmasından sonra aparıla biləcəyini nəzərdə tutur.

Rusiya bu plan üzrə danışıqların aparılmasından imtina edib.

Moskva 2014-cü ildə ilhaq etdiyi Krımı öz ərazisi hesab edir.

Bundan başqa Rusiya 2022-ci ilin oktyabrında Ukraynanın dörd vilayətinin – Donetsk, Luhansk, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil edilməsini bəyan edib.

Rusiya hakimiyyəti bu məsələdə sözü gedən ərazilərdə keçirdiyi qondarma referendumların nəticələrini əsas gətirir.

Kiyev və beynəlxalq birlik bu referendumların qanunsuz olduğunu bildiriblər.

XS
SM
MD
LG