Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:34

Ukrayna müharibəsi Avropada demoqrafiyanı necə dəyişir


Ukraynalı qaçqınlar
Ukraynalı qaçqınlar

“The Economist” yazır ki, ukraynalılar yeni icmalarda tezliklə kök salmaq fürsəti qazanırlar

Avropanın bəzi ölkələri Rusiyanın Ukraynaya hücumunun səbəb olduğu immiqrant axınından faydalana bilər. Bu haqda “The Economist” yazır.

Dərgi qeyd edir ki, müharibədən öncə avropalıların çoxu regionun yaşlanmasından, ölümün doğumu üstələməsindən narahat idilər. Avropada əhalinin orta yaşı 43 olmaqla Şimali Amerikadakından dörd il böyükdür. Bir neçə ilə Avropa İttifaqı (Aİ) əhalisinin 450 milyonluq pik həddə çatacağı, 2070-ci iləcən 424 milyona düşəcəyi gözlənir.

5.3 milyon ukraynalı

Ukraynada müharibə başlayandan əsasən qadınlar və uşaqlar olmaqla 5.3 milyon ukraynalı qərbə qaçıb. Polşa onların yarıdan çoxunu qəbul edib. Paytaxt Varşavanın əhalisi bir neçə həftəyə 17% artıb.

1980-ci illərin ortalarında 10.7 milyon əhalisi olan Macarıstanda 2020-ci ildə 9.8 milyon nəfər qalmışdı. Bu ölkə 500 mindən çox ukraynalını qəbul edib.

Bu rəqəmlər demoqrafik taleyi dəyişə bilər. Polşa, Çex Respublikası, Slovakiya, Macarıstan, Baltik ölkələri üçün “dönüş nöqtəsidir, onlar sürətlə emiqrasiya deyil, immiqrasiya ölkələrinə çevrilirlər”, – Vyanada Wittgenstein Demoqrafiya və Qlobal İnsan Kapitalı Mərkəzindən Tomas Sobotka deyib.

Aİ ukraynalılara səxavətli təklif edib, onlara üz tutduqları ölkədə üç illik yaşamaq, işləmək və oxumaq hüququ tanıyıb. Adətən, qaçqınlar bu imtiyazı almaq üçün illərlə çalışırlar.

Seçim

“The Economist” yazır ki, ukraynalılar yeni icmalarda tezliklə kök salmaq fürsəti əldə edəcəklər. Qaçqınlar qalmağı seçərlərsə, həmin ölkədə orta yaş həddini azalda, nisbətən bacarıqlı əmək qüvvəsini təmin edə, cins nisbətini qadınların xeyrinə dəyişə bilərlər.

Ancaq bu demoqrafik dəyişikliyin gələcəyi bəlli deyil. Müharibə tez bitərsə, qadınlar və uşaqlar ailələrinə qovuşmaq üçün tezliklə ölkələrinə qayıda bilərlər.

Rusiya əsgərlərinin 28 gün zirzəmidə saxladığı ukraynalı kəndlilər danışır
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Müharibə uzanarsa, uşaqlar yeni məktəblərinə öyrəşəcək, analar əvvəlki evlərinə qayıtmaq istəməyəcəklər. Ukrayna iqtisadiyyatı dirçəlməsə, kişilər də həyat yoldaşlarına qovuşmaq üçün qərbə üz tuta bilərlər. Hökumətlər yeni gələnləri bacarıqlarına uyğun işlə təmin edə bilsələr, onlar qaldıqları ölkələrdə rifaha töhfə verəcəklər, məqalədə deyilir.

Ukraynanın özü üçünsə müharibə demoqrafik fəlakət deməkdir. Əhalisi emiqrasiya və doğumun düşməsi səbəbindən azalır. Ölkə daxilində 7.7 milyon nəfər məcburi köçkünə çevrilib.

Rusiya Ukraynaya təcavüzünə görə Qərbin sanksiyaları altındadır.

XS
SM
MD
LG