Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:49

Sosial yardım əvəzinə uşaqpulu olarmı?


Hökumət uşaqpulunun büdcəsini haradan tapa bilər?
Gözlə

No media source currently available

0:00 0:04:16 0:00

Hökumət uşaqpulunun büdcəsini haradan tapa bilər?

Sosial yardım alan ailələr azalıb

Son zamanlar Milli Məclisin bəzi üzvləri ünvanlı dövlət sosial yardımın (ÜDSY) verilməsində qüsurların olması barədə danışırlar. Onlardan Tahir Kərimli isə ÜDSY-i ləğv etmək və onun əvəzinə uşaq pulunun bərpasını təklif edib. Amma, hələlik, parlamentdəki çoxluqdan təklifə müsbət reaksiya yoxdur.

Qaydalara əsasən, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlətin göstərdiyi pul yardımıdır. ÜSSY almaq hüququna orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Onun məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq qədər hesablanır. Hazırda Azərbaycanda ehtiyac meyarının həddi 200 manatdır. "Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında" Qanun layihəsinə əsasən, növbəti ildən onun 246 manat olması təklif edilir.

'Büdcəni talama, pulu ver balama' - Bakıda etiraz aksiyası
Gözlə

No media source currently available

0:00 0:10:38 0:00

47 min ailə ÜSDY alıb, sayda azalma…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, ötən il ünvanlı dövlət sosial yardımı alanların sayı 47 min ailə (202 min ailə üzvü) olub: "Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 280 manat təşkil edib. Bu göstərici 2020-ci illə müqayisədə 17 faiz çoxdur". (AZƏRTAC-ın xəbərinə görə, 2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilmişdi)

"Bank kreditləri müraciət üçün mane sayılmır"

Dövlət Sosial Müdafiə Fondundan qeyd olunub ki, ÜDSY almaq istəyən şəxslərin müraciətləri ilə bağlı bəzi qaydalar sadələşdirilib: "Əvvəl bank kreditləri vətəndaşların gəlirləri kimi hesablanırdısa, 2020-ci ilin noyabrından bank kreditləri müraciət üçün mane sayılmır. Əgər ailənin istifadəsində və ya mülkiyyətində nəqliyyat vasitəsi varsa, bu, imtinanın səbəbidir. Yalnız bir istisna hal var ki, dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilən avtomobildir".

Uşaq qidaları kəskin bahalaşıb. 'Ayda 300 manat xərcimiz çıxır'
Gözlə

No media source currently available

0:00 0:05:08 0:00

Üstəlik, Fonddan bildirilib ki, şəxsin adına işlətmədiyi mobil nömrənin, eləcə də istifadəsində torpaq sahəsinin olması daha imtina səbəbi yaratmır: "Torpaqdan istifadə edilmirsə, bunu rəsmiləşdirmək lazımdır. 2022-ci ilin fevralından "Ünvanlı yardım" (VEMTAS) altsistemində köklü təkmilləşdirilmə işləri aparılıb və vətəndaşların bir sıra məlumatlarının daxil edilməsi tələbi ləğv olunub. Bura əmək müqaviləsi, sosial müavinətlər, pensiyalar, təqaüdlər üzrə məlumatlar aiddir".

Borc götürüb sənədlərini düzəltdirənlər var, amma…

Amma Azərbaycanda, demələrinə görə, aylardır çalışsa da, ÜSDY ala bilməyən ailələr var. Yaxınlarda Astara rayonunun Şiyəkəran kənd sakini 38-yaşlı Tural Manafov da AzadlıqRadiosuna bununla bağlı öz şikayətini çatdırmışdı. O ümid edir ki, haçansa sənədləri qəbul olunacaq: "Sənədlər internet vasitəsilə Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Kəndlərin heç birində internet-klub yoxdur, məcburam mərkəzə gedirəm. Birinci dəfə imtina gəldi ki, payıbəlli torpağın reyestr nömrəsi düz deyil. Onların tələb etdiyi qaydada yenidən sənədləşdirdim...".

T.Manafovun vurğulamasına görə, sonradan da bir neçə dəfə imtina cavabı alıb. Onun sözlərinə görə, bu işləri görmək üçün hər dəfə dost-tanışlardan borc götürür.

N.Cəfərli
N.Cəfərli

"Real həyata uyğunlaşdırılmalıdır"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, ortada ciddi problemlər var: "Sosial yardımın təyinatı ilə bağlı elə tələblər var ki, o tələblərin normal şəkildə araşdırılması da mümkün deyil. Məsələn, bir ailənin adına işlətmədiyi çox köhnə maşın ola bilər və bu səbəbdən o ailəyə sosial yardım vermirlər".

Onun sözlərinə görə, gəlirlilik səviyyəsi ilə bağlı kriteriyalar da düzgün seçilməyib: "Yəni, birinci növbədə qanunvericilik bazası təkmilləşdirilməlidir, kriteriyalar sadələşdirilməlidir və real həyata uyğunlaşdırılmalıdır".

"Büdcənin bunu qaldırmağa gücü…"

ÜDSY-nin uşaqpulu ilə əvəzlənməsi məsələsinə gəlincə, o hesab edir ki, bu həssas bir məsələdir: "Uşaqpulunun verilməsinə ictimai tələb var. Amma bunun da kriteriyalarını normal şəkildə müəyyənləşdirmək lazımdır. Azərbaycanda 2 milyon 700 min 0-18 yaş arası uşaq var. Onların hamısına uşaqpulunun verilməsi ilə bağlı hesablamalar elə aparılmalıdır ki, büdcənin bunu qaldırmağa gücü olsun".

'Atalıq məzuniyyəti ödənişli olsun!' - Milli Məclis müzakirə edəcək
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Xatırlatma

Azərbaycanda ünvanlı dövlət sosial yardımlarının (ÜDSY) verilməsinə 2006-cı il yanvarın 1-dən başlanılıb. Elə həmin tarixdən də ölkədə uşaqlara aylıq müavinətlərin (uşaqpulu) verilməsi dayandırılıb.

Rəsmi açıqlamalara görə, 2022-ci ilin doqquz ayında ölkədə 138 milyon manat ünvanlı yardım ödənilib. Bir ailəyə ortalama 377 manat ünvanlı yardım düşüb.

XS
SM
MD
LG