Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:51

Çində repressiyalar nəticəsində pərən-pərən düşən uyğur ailələri


Foto arxiv
Foto arxiv

Çində onlarla uyğur ailəsi represiyalar nəticəsində pərən-pərən düşüb.

Çindən kənarda hansısa uyğurla söhbət edəndə görürsən ki, kimisi ərindən, kimisi isə övladından ayrı düşüb.

Meripet İstanbulda mühacirətdə yaşayır. 4 oğluna nə vaxt qovuşacağını bilmir.

8 yaşları belə yoxdur, hakimiyyətin basqısı nəticəsində ailələrindən ayrı düşüblər.

Çində repressiyalar nəticəsində pərən-pərən düşən uyğur ailələri
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

“Görən hardadılar, harda yatıb-dururlar, nə yeyirlər? Xəstələnsələr başlarına nə gələcək?Hər gün bunu düşünürəm?", Meripet deyir.

BMT-nin məlumatına görə, hazırda Çinin Sincan əyalətindəki islah düşərgələrində 1 milyonadək müsəlman saxlanır, əksəriyyəti də uyğurlardır.

Vaxtilə bu düşərgədə olanlar hər gün kommunist rejimi tərəfəindən işgəncələrə məruz qaldıqlarını deyirlər.

Çin hakimiyyəti isə ittihamları rədd edir, deyir ki, bu cür islah düşərgələrində insanları tərbiyələndirirlər.

Hüquq-müdafiə təşkilatları və qohumlarının dediklərinə görə uyğur uşaqları - uşaq evlərinə göndərib, orda beyinlərini yuyurlar.

Meripet Türkiyəyə, ötən il xəstə atasına baxmaq üçün gəlib. 4 övladını Sincanda, qayınanasının yanında qoyub.Yerli hakimiyyət uşaqları ondan alıb, qayınananı isə həbsə salıb.

Ana bir neçə aydan sonra bilib ki, övladları Hotandakı sığınacaqdadırlar.

“Onların azadlığı əllərindən alınıb. Orda fiziki və psixoloji cəhətdən sınacaqlar. Əgər belə bir mühitdə böyüsələr, necə olacaqlar?",Meripet deyir.

Meripet 8 ay ərzində uşaqlarının bircə şəklini görə bilib. Əgər ailə Çinə dönsə, həbs olunacaqlar.

Türkiyədəki uyğurlar müntəzəm etiraz aksiyası keçirirlər. Amma uzaqda-İstanbulda olmalarına baxmayaraq, burda da bildirklərini tam deyə bilmir, açıq danışmaqdan çəkinirlər.

XS
SM
MD
LG