Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:50

ABŞ vaksin təchizatı şəbəkəsinə 3 milyard dollar ayırır


İsraildə üçüncü dozalar vurulur
İsraildə üçüncü dozalar vurulur

İtaliya hökuməti ayın sonundan immun sistemi zəiflər daxil həssas qruplara üçüncü dozanı təklif edəcək

“Dünyada vaksin arsenalına” çevrilmək istəyən Birləşmiş Ştatlar istehsalın artırılmasından ötrü vaksin təchizatı şəbəkəsinə 3 milyard dollar investisiya qoyacaq.

Gələn həftələr ərzində bölüşdürüləcək pul vaksin hasilatına töhfə verən, eləcə də vaksinlərin doldurulması və qablaşdırılması ilə məşğul olan şirkətlərə fokuslanacaq. Məlumatı Ağ evin COVID üzrə müşaviri Cefri Zients sentyabrın 2-də mətbuat konfransında verib.

“Bu yeni investisiya daxili vaksin istehsalı qabiliyyətini genişləndirəcək, ABŞ-ın dünyada vaksin arsenalına çevrilmək öhdəliyinə və Amerikanın vaksinasiyanı genişləndirməsinə kömək edəcək”, – Zients vurğulayıb.

Üçüncü dozanın təsiri

Birləşmiş Ştatların öz əhalisi üçün yetərincə vaksin dozası var və peyvənd olunmayanların da vaksinlənməsinə çalışır. Ölkədə sürətlə yayılan delta ştammı isə hospitalizasiya və ölüm hallarını artırır. ABŞ bu il və gələn il digər ölkələrə yüzmilyonlarla vaksin dozası verməyi planlaşdırır. İndiyədək 130 milyondan artıq dozanı başqa ölkələrə göndərib.

Prezident Co Bayden administrasiyası bu ayın sonuna amerikalılara üçüncü dozanı təklif etməyi planlaşdırır. Vaksinin effektinin azalması sarıdan narahatlıq var. Amma buster doza planını hələ Qida və Dərman Administrasiyası (FDA) təsdiqləməlidir.

Ölkənin yoluxucu xəstəliklər üzrə baş eksperti Entoni Fauçi brifinqdə deyib ki, adamlar COVID-19-a qarşı tam peyvəndlənmiş hesab edilmək üçün “çox güman” üçüncü doza vurdurmalı olacaqlar.

“Tam vaksinasiya” üçün üçüncü dozanın vurulması qərarının məktəblərə, şirkətlərə, vaksini məcburi etmiş digər qurumlara təsiri böyük ola bilər.

Avropa

Avropada isə artıq Kipr və İtaliya da buster dozaların vurulacağını elan ediblər.

İtaliya hökuməti ayın sonundan immun sistemi zəiflər daxil həssas qruplara üçüncü dozanı təklif edəcək.

Baş nazir Mario Draqi deyib ki, İtaliyada yaşı 12 və yuxarı olanların 70 faizi peyvəndlənib.

Kiprdə yaşı 65-dən yuxarı və qocalar evləri sakinlərinə, tam vaksinasiyasından altı ay keçibsə, buster dozaların vurulacağı açıqlanıb.

Artıq Fransa sentyabrın 1-dən üçüncü dozaların vurulmasına başlanıb. İspaniya oxşar addımı nəzərdən keçirir.

Avropa Birliyi bu həftənin əvvəlində bildirib ki, yetkin yaşlıların 70 faizi tam peyvənd olunub.

Dünya Səhiyyə Təşkilatı isə zəngin ölkələri buster dozalarına görə tənqid edir, daha kasıb ölkələrin hələ ilkin dozaları ala bilməməsinə diqqət çəkir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin sentyabrın 1-də bildirməsinə görə, tam vaksin olunanlara təcili buster dozalar lazım deyil, amma immun sistemi zəif olanlara əlavə doza vurulması nəzərdən keçirilə bilər.

XS
SM
MD
LG