Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:48

Vaksinlər barədə yenə “yaxşı xəbər” var


The Guardian qəzeti yazır ki, Pfizer vaksinin iki dozası ilə peyvənd edilmiş şəxslərdə koronavirusun Kent və Cənubi Afrika ştamlarına qarşı güclü T-şəkilli hüceyrə müqaviməti yarandığı məlum olub.

Bu isə o deməkdir ki, vaksin adamları qarşıdan gələn aylarda üzə çıxacaq yeni ştamlardan da qoruya biləcək.

Bu sahədə aparılan ilk təcrübələr göstərib ki, vaksinin yeni ştamlara təsiri bir qədər zəif olsa da, bu, həmin vaksinlə peyvənd olunanların xəstəlikdən müdafiəsi üçün kifayət edir.

Pfizer/BioNTech vaksininin Cənubi Afrika və Kent ştamlarına qarşı da effektiv olduğu bundan əvvəl də müəyyənləşdirilmişdi. Amma o vax təcrübədə “təbii” viruslardan yox, laboratoriya viruslarından istifadə olunmuşdu.

Bu da qeyd olunur ki, təcrübədə T-şəkilli hüceyrələrin viruslara müqaviməti də nəzərə alınmamışdı. Bu hüceyrələr infeksiyalı hüceyrələri neytrallaşdırır və antcism yaranması prosesinə dəstək verir.

Təcrübəni İngiltərədəki Oksford Universitetinin virologiya professoru Uilyam Ceyms və həmkarları aparıblar.

Onlar təcrübə üçün qan nümunələrini Pfizer/BioNTech vaksinin iki dozası vurulmuş insanlardan götürmüşdülər.

Birinci doza - birinci müdafiə xətti

Alimlər bu nətticəyə gəliblər ki, adamların anticismləri vaksinin birinci dozasından sonra orta effektivliyə malik olub.

Kent virusuna gəlincə bu effektivlik daha az idi, amma onlar Cənubi Afrika virusuna qarşı ümumiyyətlə effektli deyildilər.

Bununla belə, alimlər vaksinin birinci dozasından sonra virusun bütün variantlarına qarşı güclü T-şəkilli hüceyrə müqaviməti yarandığını aşkar ediblər.

Professor Ceyms bunu belə izah edib:

“Bu o deməkdir ki, vaksinin birinci dozası sizi infeksiyadan qoruya bilməsə də, amma immun sisteminizin daha bir yoluxmaya qarşı müqavimətinin daha yaxşı təşkilinə kömək edə bilər. Bizim fikrimizcə məhz bu səbəbdən də ən yaxşı effekti ikinci doza verir, çünki orqanizmdə virusa müqavimət üçün artıq kifayət qədər T-şəkilli hüceyrələr olur”.

“Vəziyyət üzü yaya daha yaxşı olmalıdır”

Bu tapıntı onu göstərir ki, COVID-19-dan sağalanlarda və ya vaksinin ən azı bir dozası ilə peyvənd olunanalarda virusun yeni variantlarına qarşı müqavimət üçün kifayət qədər T-şəkilli hüceyrələr olur.

Bu həm də deməkdir ki, T-şəkilli hüceyrələr virusun tacındakı çıxıntı ptoteinlərininmüxtəlif hissələrini tanıya bilir.

The Guardian yazır ki, adamlarda virusa davamlılığı Pfizer vaksinin ikinci dozasının yaratdığı da müşahidə olunub.

Professor Ceyms deyir ki, 90 faiz hallarda adamlarda ikinci dozanın yaratdığı anticismlər virusu neytrallaşdırmaq üçün kifayət edəcək səviyyədə olur:

“Biz inanırıq ki, anticismlərin belə yüksək səviyyəsi insanları həm Cənubi Afrika, həm Kent ştamlarından, həm də virisin ilkin ştammından müdafiə edə biləcək”.

Professorun fikirncə, virus öz təkamülünü, yəni mutasiyalarını hələ başa vurmayıb, amma adamların daha çox hissəsi vaksinlərin ikinci dozası ilə peyvəndləndikcə vəziyyət “üzü yaya” daha yaxşı olacaq.

İkinci dozanın mühümlüyü

Surrey Universitetinin immunologiya professoru Debra Dann-Uolters bunu yaxşı xəbər adlandırır.

O deyir ki, təcrübə nəticələri ikinci dozanın niyə bu qədər mühüm olduğunu isbat edir.

Kardif Universitetinin İmmunitet Tədqiqatları İnstitutunun direktoru, professor Pol Morqan vaksinlərin ikinci dozasının bir qədər ləngidilməsini praqmatik üsul hesab edir.

Onun fikirncə əsas məqsəd insanların əksər hissəsinin birinci doza ilə təmin edilməsidir.

Alim deyir ki, birinci doza müəyyən immunitet yaratdığına görə daha çox adam virusa yoluxmaya az-çox hazır olur.

Lakin onun fikrincə, vaksinlər də gələcək ştamlara hazırlıq üçün gücləndirilməlidir.

Alimlər bunu da qeyd edirlər ki, hətta COVID-19-dan sağalanların da peyvəndlənməsi mühümdür. Çünki yoluxma müxtəlif adamlarda, müxtəlif dərəcədə immunitet yaradır.

XS
SM
MD
LG