Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:44

'Mənim tanıdığım Vaqif'…


Vaqif Mustafazadə
Vaqif Mustafazadə

Oktyabrın 25-də saat 19:00-da Nizami Kino Mərkəzində «Mənim tanıdığım Vaqif» tammetrajlı sənədli filminin təqdimatı olacaq.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu qurum və «BP Azərbaycan» şirkəti tərəfindən ərsəyə gələn sənədli film caz ustası Vaqif Mustafazadənin xatirəsinə həsr edilib.

Film Vaqif Mustafazadənin müasirləri olan, onun sənət irsinə, şəxsiyyətinə sevgi və rəğbət bəsləyən Rusiya, Gürcüstan, Estoniya, Polşa və Amerika caz ustalarının xatirələri üzərində qurulub.

Xəbərdə vurğulanır ki, filmin nümayişindən əvvəl- saat 18:00-də mətbuat konfransı keçiriləcək.

Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da İçərişəhərdə doğulub.

Asəf Zeynallı adına Bakı Musiqi məktəbində, Bakı Musiqi Akademiyasında təhsil alıb.

İlk vaxtlar klassik caz, bluz və oynaq mahnılar ifa edib.

1964-cü ildən «Orero» ansamblına, «Qafqaz» caz üçlüyünə, «Leyli» və «Sevil» qadın vokal instrumental və «Muğam» instrumental ansambllarına rəhbərlik edib.

Beynəlxalq caz müsabiqələri və festivallarının («Tallin-66», «Tbilisi-78», Monte-Karlo) laureatı olub.

Vaqif Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, «Muğam» simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin yaradıcısı sayılır. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini (Caz-Muğam) yaradıb.

Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.

XS
SM
MD
LG