Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 02:42

'Xəstəlik bir aydır yayılıb, bunun nə olduğunu desinlər'


Bəziləri bunun koronavirus, bəziləri də "donuz qripi" olduğundan şübhələnirlər.
Bəziləri bunun koronavirus, bəziləri də "donuz qripi" olduğundan şübhələnirlər.

Ötən ilin dekabrından başlayaraq Azərbaycanda çox güclü virus yayıldığı deyilir. Bununla bağlı paylaşımlara sosial şəbəkələrdə tez-tez rast gəlmək olur. Həmin xəstəliyin güclü boğaz ağrısı, yüksək hərarət, öskürək və qulaq ağrısı ilə müşayiət edildiyi bildirilir. Bəziləri bunun koronavirus, bəziləri də "donuz qripi" olduğundan şübhələnirlər.

Səhiyyə Nazirliyindən "Turan"a da təsdiqləyiblər ki, son günlər əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və s. əlamətlərlə müşayiət olunan çoxsaylı xəstələnmə hallarına rast gəlinir: "Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1variantı (donuz qripi) yayılmaqdadır. Ölkəmizdə də epidemioloji vəziyyət diqqətlə izlənir. Belə ki, bu mövsümdə indiyədək ölkə ərazisində "donuz qripi" virusu aşkarlanmayıb".

Qrip də koronavirus kimi təhlükəlidi, amma Azərbaycanda çox adam peyvənd etdirmir
Gözlə

No media source currently available

0:00 0:04:43 0:00

"Bildirilir ki, qeyd olunan şikayətlər…"

Qeyd olunub ki, qurumun Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən verilən məlumata görə, bu şəxslərdən götürülmüş nümunələrdə arabir koronavirus aşkarlanır və bu halların sayı gündəlik statistik məlumatlarda öz əksini tapır: "Bildirilir ki, qeyd olunan şikayətlər digər kəskin respirator virus infeksiyalarının əlamətləridir. Bu infeksiyalar mülayim iqlimə malik ölkələrdə mövsümü qrip xarakteri daşıyır. Yəni, hər ilin soyuq aylarında vəziyyət təkrarlanır. Bu mövsüm də istisna deyil".

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev də AzadlıqRadiosuna bildirib ki, hər il bütün dünyada payız-qış fəslində mövsüm xəstəlik kimi kəskin respirator virus infeksiyaları yayılır: "Bu da növbəti birisidir. Ola bilsin, koronavirusun mutasiyaya uğramış daha yüngül xəstəlik yaradan bir ştammıdır, ola bilsin, başqa virusdur. Əlamətləri bir az kəskin intoksikasyon sindrom verir və daha çox sinusitlə ağırlaşır (haymorit), yuxarı tənəffüs yollarının iltihablaşma, halsızlıq, oynaq ağrıları ilə özünü göstərir".

A.Əliyev
A.Əliyev

"Ağciyərdə ciddi dəyişiklik müşahidə edilmir"

Lakin o qeyd edib ki, koronavirus tüğyan edən zamanda ağciyərdə görünən mənzərə görünmür: "İndi yayılan yoluxma halları ki var, onların bir çoxunu mən yoxlamışam və ağciyərdə ciddi dəyişiklik müşahidə edilmir, tək-tək pnevmoniya ilə ağırlaşma olur".

Həkim hesab edir ki, xəstəlik yayılan kimi xəstələrin qanından, burundan, boğazından nümunə götürülməli və xüsusi laboratoriyalarda analiz edilməli idi: "Bununla da virusun ştammı aşkarlanmalı idi. Xəstəlik bir aydır yayılıb, müvafiq qurumlarımız çıxıb bunun nə olduğunu desinlər".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilmişdi. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Artıq istər dünyada, istərsə də Azərbaycanda bu virusa gündəlik yoluxma və ondan ölüm hallarında kəskin azalma baş verdiyi bildirilir. İndiyə qədər bu virusdan dünyada 6.7 milyona yaxın şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə 816 min nəfərin bu virusa yoluxduğu, onlardan 10 mindən çoxunun vəfat etdiyi vurğulanıb.

XS
SM
MD
LG