Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 10:51

İşsiz, amma kağızda vergi ödəyicisi kimi qeydə alınanlar…


Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?
Gözlə

No media source currently available

0:00 0:05:16 0:00

Əmək müqaviləsi ilə xidməti müqavilənin fərqi nədir?

Bu ilin ilk beş ayında Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2,9 faiz artıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat verir.

Bəs ölkədə adına VÖEN (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi) olan nə qədər şəxs var və onların nə qədəri fəaliyyət göstərir?

1.3 milyonun VÖEN-i var

Dövlət Vergi Xidmətindən "Turan"a bildirilib ki, Azərbaycanda 1 milyon 370 minə yaxın vergi ödəyicisi var: "Həmçinin 2022-ci ilin 1 may tarixinə aktiv əmək müqavilələrinin sayı 1 milyon 691 mindən çoxdur". Onlardan 87.9 faizi fiziki şəxslərdir.

Vergilər Nazirliyi
Vergilər Nazirliyi

Qurumdan qeyd olunub ki, 2022-ci il iyunun 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2.9 faiz artaraq 684 min 699 olub: "Aktiv ƏDV (əlavə dəyər vergisi) ödəyicilərinin sayı 5.7 faiz artıb və 36 min 666 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 1.3 faiz artaraq 185 min 736-ya çatıb".

İqtisadiyyat Nazirliyindən isə "Turan"a deyilib ki, ölkədə kiçik və orta sahibkarlıq böyük potensiala malikdir: "Ölkə üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99 faizi kiçik və orta biznes subyektləridir".

N.Bəydəmirli
N.Bəydəmirli

"700 min vergi ödəyicisinin heç bir fəaliyyəti yoxdur"

İqtisadçı, işadamı Nazim Bəydəmirli AzadlıqRadiosuna bildirib ki, rəsmi rəqəmlərə əsasən hesablamalara görə, təqribən 700 min vergi ödəyicisinin heç bir fəaliyyəti yoxdur. Onun sözlərinə görə, bəzi dövlət qurumları VÖEN alınması üçün şərait yaradırlar: "Məsələn, pay torpaqların sahiblərinə VÖEN aldırırlar. Eyni zamanda, valyuta dəyişənlər də bəzi hallarda VÖEN almağa məcburdurlar. Bir neçə il bundan əvvəl Mərkəzi Bank doğru olmayan bir qərar verib ki, 20 min manatdan yuxarı məbləğini dollara çevirən şəxsin VÖEN-i olmalıdır... Beləliklə, dövlət özü VÖEN alanların sayını süni artırır. Nəticədə isə aktiv olmayan VÖEN-lərin sayı şişir​".

Səkkiz saatdan çox işlədilməkdən şikayətçisizsə, dövlət qurumları nə reaksiya verir?
Gözlə

No media source currently available

0:00 0:05:03 0:00

"VÖEN-in olması hökumətə bəhanə verir ki…"

Həmçinin, onun vurğulamasına görə, müxtəlif qurumlarda, hətta böyük holdinqlərdə sosial sığorta ödənişlərindən yayınmaq üçün işçilərə VÖEN aldırırlar: "Yəni, əmək müqaviləsini bağlamaqdan boyun qaçırmaq üçün öz işçilərinə VÖEN aldırırlar".

N.Bəydəmirlinin fikrincə, bütün bunların kökündə dayanan dövlətin iqtisadi siyasətinin qeyri-şəffaf olmasıdır: "Adamların adına VÖEN-in olması hökumətə bəhanə verir ki, reallıqda işsiz olan, amma kağızda vergi ödəyicisi kimi qeydə alınanlara sosial müavinətləri ödəməsin. Elə məhz buna görə işsizliklə bağlı həqiqətəuyğun olmayan statistika açıqlanır".

XS
SM
MD
LG