Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:33

Xamenei: Tehranın Vaşinqtonla münasibəti ABŞ-da kimin prezident olacağından asılı deyil


Ayətüllah Əli Xamenei
Ayətüllah Əli Xamenei

İranın ali rəhbəri ayətüllah Əli Xamenei deyib ki, ABŞ seçkisində kimin qalib olacağı Tehranın Vaşinqtona münasibətini dəyişməyəcək.

1979-cu ilin 4 noyabrında Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsinin və Amerika diplomatlarının girov götürülməsinin ildönümündən bir gün əvvəl danışan Xamenei deyib İranın uzunmüddətli siyasəti ABŞ-da Trampın və ya Baydenin qalib gəlməsindən asılı olmayacaq.

Vaşinqton Tehranla diplomatik münasibətlərini həmin girövgötürmə aktından sonra kəsib. O vaxt ABŞ diplomatları 444 gün müddətində girov saxlanmışdılar.

Xamenei deyib ki, İranın Birləşmiş Ştatlara münasibəti ayrı-ayrı fərdlərin hərəkəti ilə müəyyən olunmur.

İran hakimiyyət orqanları builki ildönümü tədbirlərini koronavirus pandemiyasına görə ləğv edib. İranda indiyədək COVID-19-a yoluxmadan 36 min nəfər ölüb.

Son həftələrdə İranda yoluxmaların kəskin artımı baş verib.

Danışmağa qalsa, Trampla da danışmaq olardı

Donald Tramp Ağ Evə gəlişindən bəri İrana münasibətdə sərt siyasət yeridib. O ABŞ-ı birtərəfli qaydada 2015-ci ilin nüvə sazişindən çıxarıb.

Bu razılaşma İrana özünün nüvə fəaliyyətini məhdudlaşdırması müqabilində üzərindəki sanksiyaların qaldırılması imkanı verirdi.

ABŞ sazişdən çıxdıqdan sonra Tehran üzərinə Vaşinqtonun bütün sanksiyaları bərpa olunub.

Tehran buna cavab olaraq 2015-ci il sazişi üzrə öhdəliklərindən geri çəkilməyə başlayıb.

Bayden ABŞ-ın 2015-ci il sazişinə yenidən qoşulacağını elan edib.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif noyabrın 2-də ABŞ-ın CBS telekanalına müsahibəsində deyib ki, Tehran Vaşinqtonun sazişə qayıtmasını istərdi, lakin “yenidən qoşulmaq heç bir halda yenidən danışıqlar deyil”.

Zərif deyib ki, İran belə bir danışıqları istəsəydi, onları Trampla da apara bilərdi.

XS
SM
MD
LG