Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:35

Rusiya Azərbaycan və Ermənistanı sabitliyə çağırır (Video)


Maria Zakharova
Maria Zakharova

Rusiya xarici işlər nazirliyinin sözçüsü Maria Zakharova iyulun 4-də Dağlıq Qarabağda Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən silahlı insidentə Azərbaycan tərəfdən iki dinc sakinin ölümündən təəssüf bildirib və ölənlərin yaxınlarına başsağlığı verib.

Zakharova Moskvada keçirdiyi həftəlik brifiqdə gələcəkdə regionda qan tökülməsinin yolverilməz olduğunu bildirib və tərəfləri vəziyyətin sabitləşməsi üçün bütün tədbirlərə əl atmağa çağırıb.

Zakharova qeyd edib ki, Moskva zorakılığın dayandırılması və danışıqlar prosesinin bərpasının vacibliyi ilə bağlı bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin bəyanatını tam dəstəkləyir.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də axşam saat 20:40-da Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub.

Nəticədə iki dinc sakin həlak olub. Bunlar kənd sakinləri 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və 2015-ci il təvəllüdlü -17 aylıq-Zəhra Quliyevadır.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva isə hərbi hospitala çatdırılaraq əməliyyat olunub.

Azərbaycanın müdafiə nazirliyi hadisəylə bağlı beynəlxalq qurumların məlumatlandırıldığını, görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəfin susdurulduğunu bildirir.

Müdafiə Nazirliyi «qanlı təxribat»a görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü bəyan edib.

Buna da bax:Erməni qüvvələri Alxanlını atəşə tutub, 2 kənd sakini həlak olub [Video]

XS
SM
MD
LG