Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Zakir Sultanov 11 il azadlıqdan məhrum edildi


Zakir Sultanov
Zakir Sultanov

Mədəniyyət Nazirliyinin tabeliyindəki Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 11 il azadlıqdan məhrum edilib. Yanvarın 28-də ona hökm oxunub.

Hökmə əsasən, Sultanov tarixi-mədəniyyət binalarının təmiri, bərpası zamanı 5.3 milyon manat büdcə vəsaitinin yeyintisində suçlu sayılıb. Hərçənd, onun ailəsi 4 milyon manat nağd şəkildə, eləcə də üzərinə həbs qoyulmuş əmlaklar vasitəsilə bu ziyanı ödəyib. Hakim elan edib ki, bankda onun 600 milyon avro vəsaitinin, saxlanılarkən evindən çıxan 10 min, kabinetindən tapılan 2 min manat nağd pulun, qızıl sikkələr, qızıl təsbehin üzərinə həbs qoyulub. Ziyanın ödənilməsi məqsədilə üzərində həbs olan bu əmlakların müsadirə olunmasına qərar verilib.

Hökmdən əvvəl məhkəmədə son sözünü deyən Zakir Sultanov himayəsində yetkinlik yaşına çatmayan övladlarının olmasını, dəymiş ziyanın ödənilməsini, əməlindən peşmanlığını nəzərə almağı xahiş edib.

"Bu, başqalarına necə örnək olacaq?"

Vəkili Cavanşir Süleymanov da hesab edir ki, onun 5 milyon 338 min 615 manatlıq ziyanı tam ödəməsi yüngülləşdirici hal kimi nəzərə alınmalıydı: "Belə çıxır ki, dövlətə dəymiş ziyanın ödənilməsi təşviq edilmir, əksinə, cəzalandırılır. Əgər Zakir Sultanov yüngülləşdirici hallar nəzərə alınmadan məhkum olunsa, dövlətə nə faydası olacaq? Bu, başqalarına necə örnək olacaq?".

Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramovla birlikdə saxlanıb. Nazir müavininin işi məhkəməyə göndəriləndə onların işi ayrılıb.

Sultanov mədəniyyət abidələrinin təmir və bərpası zamanı qiymətlərin şişirdilməsi, tenderlərdə özünə yaxın şirkətlərin qalib elan edilməsi və s. yollarla milyonlarla vəsaitin yeyintisində suçlanır. O, özünü qismən təqsirli bilir.

XS
SM
MD
LG