Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:56

Zaporojye AES-də sonuncu reaktor necə soyudulur


Zaporojye AES-in girişi
Zaporojye AES-in girişi

Şənbə günü ehtiyat elektrik xəttinin bərpası fəaliyyətdə olan sonuncu reaktorun daha təhlükəsiz söndürülməsinə imkan verib

Ukraynanın Rusiyanın nəzarətində olan Zaporojyedə AES-dəki sonuncu nüvə reaktoru da söndürülüb. Bu addım reaktoru təhlükəsiz şəkildə söndürməyə imkan verən xarici elektrik xəttinin bərpasından sonra atılıb.

Artıq ikinci ehtiyat elektrik xəttinin də AES-ə yenidən birləşdirildiyi bildirilir.

Avropanın ən böyük atom elektrik stansiyası olan bu zavoda kənardan gələn elektrik enerjisinin olmaması ətrafında döyüşlər gedən AES-də qəza riskinin artırırdı.

Bəs hazırda Zaporojyedə təhlükəsizlik nə vəziyyətdədir?

Martdan bəri Rusiyanın işğalı altında olan Zaporojye AES-in ukraynalı əməkdaşları bu stresli şəraitdə fəaliyyətlərini davam etdiriblər. Beynəlxalq Atom Enerji Agentliyi (IAEA) ərazidəki vəziyyəti “təhlükəli” kimi dəyərləndirib.

Rusiya işğalına rəğmən, stansiyada baş verənlər, xüsusən də hansı reaktorun və necə işlədilməsi ilə bağlı qərarları Ukrayna verir. Bu məlumatı sentyabrın 12-də keçirilən mətbuat konfransında IAEA-nın rəhbəri Rafael Qrossi açıqlayıb.

Rusiya və Ukrayna bir-birini ərazini atəşə tutmaqda ittiham edirlər. Atışma nəticəsində binaların zədələndiyi, altı reaktorda yanacağın soyudulması üçün gərəkən elektrik xətlərinin sıradan çıxdığı bildirilir. Halbuki hətta reaktorlar hazırda olduğu kimi “soyuq bağlanmaya” məruz qoyulduqda belə bu xətlərin işləməsi lazımdır.

Ukrayna ordusu Rusiyayla sərhədə çatdı. Daha bir zərbəyə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

Zəncirvarı reaksiya nəzarətsiz qalarsa...

Nəzarət altında gerçəkləşən parçalanma – reaktorun gövdəsində nüvə yanacağındakı atomların parçalanması nəticəsində ayrılan istilik suyu buxara çevirir. Öz növbəsində buxarın turbinləri fırlatması nəticəsində elektrik enerjisi əldə edilir. Nəzarətsiz zəncirvari reaksiya isə Fukuşima və Çernobıldakı kimi nəhəng qəzaya səbəb ola bilər.

Qrossi atəşin dərhal dayandırılması, habelə qəza riskinin azaldılması üçün stansiya ətrafındakı ərazinin rəsmi qaydada mühafizəsi ilə bağlı çağırış edib.

Hər hansı nüvə elektrik stansiyasının təhlükəsiz fəaliyyəti üçün xarici elektrik xətlərinin olması zəruridir. Bu səbəbdən nüvə stansiyalarının çox zaman bir neçə ehtiyat xarici elektrik xətti olur.

Dörd adi xarici xətt, üç ehtiyat elektrik xətti

Zaporojyenin dörd adi xarici xətti var. Onların hamısı müharibənin gedişində kəsilmişdi. Stansiyanın bundan əlavə üç ehtiyat elektrik xətti də var. Ancaq onlar da ya kəsilmiş, ya da fərqli nöqtələrdə qəsdən sistemdən ayrılmışdı. Beləliklə bu ayın əvvəlində xətlərin heç biri işləmirdi.

Zaporojyedə xarici elektrik xətləri olmayanda iki variant qalır: "ada rejimi" və dizel generatorları. “Ada rejimində” reaktor soyuducu sistemləri və digər zəruri funksiyaları enerji ilə təmin etmək üçün aşağı güclə işləyir. Dizel generatorlarınınsa hər ikisi sadəcə qısa zaman ərzində işləmək üçün dizayn olunub.

Ada rejimində fəaliyyət turbin və nasoslar kimi həyati əhəmiyyətli hissələri sıradan çıxara bilər. Yalnız fövqəladə hallar üçün nəzərdə tutulan dizel generatorlarınınsa içərisində çox az yanacaq olur.

Rusiyadakı türk xalqlarını Ukraynadakı müharibəyə belə aparırlar
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

20 ehtiyat dizel generatoru

IAEA bazar günü Zaporojyedə “ehtiyac olarsa, azı 10 günlük fəaliyyətə yetəcək qədər yanacaqla dolu 20 ehtiyat dizel generatorunun” olduğunu bildirib.

Şənbə günü ehtiyat elektrik xəttinin bərpası fəaliyyətdə olan sonuncu reaktorun daha təhlükəsiz söndürülməsinə imkan verib.

Ancaq mütəxəssislərin işlətdiyi “soyuq söndürmə” ifadəsi nisbi termindir. Bu o deməkdir ki, reaktorun temperaturu qaynama dərəcəsindən aşağıdır, ancaq suyu reaktorun gövdəsində hərəkət etdirən elektrik pompaları yanacağı soyutmaq üçün işləməyə davam etməlidir. IAEA bildirib ki, bu, qəzanın qarşısını almaq üçün vacibdir.

XS
SM
MD
LG