Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 02:31

ABŞ məhkəməsi Türkiyə bankirini təqsirli bildi


Halkbankın keçmiş meneceri Mehmet Atilla Hakan (solda) və ona qarşı şahid qismində ifadə verən Reza Zarrab
Halkbankın keçmiş meneceri Mehmet Atilla Hakan (solda) və ona qarşı şahid qismində ifadə verən Reza Zarrab

ABŞ-ın Manhattandakı federal məhkəməsinin andlılar heyəti türkiyəli keçmiş bank menecerini, İrana ABŞ sanksiyalarından yan keçməsi üçün kömək etməkdə altı ittihamdan beşi üzrə təqsirli bildiyini elan edib.

Andlılar yanvarın 3-də Türkiyənin dövlət Halkbank bankının direktorlarından biri olmuş Mehmet Hakan Atillanı bank fırıldaqçılığında və cinayətə qəsddə təqsirli, çirkli pulların yuyulması ittihamı üzrə isə təqsirsiz bilib.

Müdafiə tərəfi Atillanın bu hökmdən apellyasiya verəcəyini bildirib.

Prokurorların ittihamnaməsində deyilirdi ki, 47 yaşlı Atilla İranın 1 milyard dollarlıq neft və qaz gəlirlərini ABŞ bankları vasitəsilə yuyaraq ABŞ sanksiyalarını pozub. Onlar habelə Atillanı fırıldaqçı qızıl və ərzaq tranşlarında Reza Zarrabla sövdələşməyə girməkdə ittiham edirlər.

Zarrab bu cinayət işində təqsirini etiraf etdikdən sonra şahid qismində Atillaya qarşı ifadə verirdi.

Bu məhkəmə prosesində 7 başqa müttəhimin də işinə baxılırdı, lakin onlardan yalnız Atilla və Zarrab ABŞ-da həbsdədirlər.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu məhkəmə işinin onun hökumətinə qarşı siyasi motivli hücum olduğunu bildirirdi.

Reuters agentliyinin xəbərinə görə vəzifəli Türkiyə rəsmisi ABŞ məhkəməsinin qərarını etibarsız saydığını və beynəlxalq qanunlara zidd olduğunu bildirib.

O deyib ki, hökm nə Halkbankı, nə də ölkənin bank sistemini təsirləndirəcək.

Manhattan məhkəməsindəki prokuror əvəzi Joon Kim hökmdən sonra deyib ki, “xarici bank və bankirlərin seçimi var: Siz bilərəkdən İranın və başqa sanksiyalı ölkələrin ABŞ sanksiyalarından yan keçməsinə kömək də edə bilərsiniz, ABŞ dollarları ilə işləyən beynəlxalq bank icmasının bir hissəsi də ola bilərsiniz”.

XS
SM
MD
LG