Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:43

Zeynəb Xanlarova Rasim Balayevlə bağlı səsləndi


Zeynəb Xanlarova
Zeynəb Xanlarova

Milli Məclisin bu gün, noyabrın 17-si keçirilən iclasında deputat Zeynəb Xanlarova aktyor Rasim Balayevin dərman almağa pul tapa bilməməsi ilə bağlı dediklərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, Z.Xanlarova R.Balayevin dərman almağa pul tapa bilməməsini «mədəniyyətin faciəsi» adlandırıb. O, çıxışında Səhiyyə Nazirliyinə müraciət edib:

«Niyə belə bir vəziyyət yaranıb? Bu nə böyük məsələdir ki, bunu həll edə bilmirsiniz? Rasim Balayev Azərbaycan mədəniyyətində misilsiz xidmətləri olan şəxsdir. Mən bir daha Səhiyyə Nazirliyinə müraciət edirəm ki, ona kömək etsin».

***Buna da bax-Zeynəb Xanlarova: 'Xəzər dənizinin hasarlanması ilə bağlı məsələ qaldırmışdım...'

Z.Xanlarova bu məsələdə spiker Oqtay Əsədovun da köməklik göstərməsini istəyib:

«Sizə müraciət edirəm Oqtay müəllim, buna bir əncam çəkək. Əks halda, tarix bizi bağışlamaz».

Bu günlər aktyor Rasim Balayev yerli KİV-ə müsahibəsində güzəranın ağırlığından danışıb. Aktyor deyib ki, səhhətinə görə dərman almağa pul tapmır.

XS
SM
MD
LG