.
Dövlət Gömrük Komitəsinin məlumatına görə 2015-ci ilin 6 ayında Azərbaycanın neft və qazdan kənar məhsullarının ixracatında keçən ilə baxanda azalma var. Keçən ilin ilk 6 ayı ilə müqayisədə belə məhsulların ixracı 29%, və ya 245,3 milyon dollar azalaraq 600,8 milyon dollara düşüb.
Xaricdən gətirilərək emal edilən və qablaşdırılan 3 əsas sənaye məhsulunun ixracı azalıb:
Çay (7,9 mliyon dollar) - 43,1%,
Bitki və heyvan mənşəli yağlar (78,9 milyon dollar) – 30,8%,
Şəkər (98,2 milyon dollar) – 14,4% azalıb.
Bu il Azərbaycanın tərəvəz ixracından gəliri 6,8 milyon dollar azalaraq 72,6 milyon dollar olub. Meyvə-tərəvəzin emal məhsullarının ixracı (5 milyon dollar) da iki dəfə geriləyib.
Qara metal məmulatlarının ixracı (11,2 milyon dollar) əvvəlki ilə nəzərən 41,2% aşağı düşüb.
Qonşu Gürcüstan da bu həftə xarici ticarət əlaqələrinin statistikasını açıqlayıb. Əsasən gətirmə neft və qazdan asılı olan bu olkənin 2015-ci ilin 6 ayında icracatı 1 milyard 82 milyon dollar təşkil edib.
Bu, Azərbaycanın qeyri-neft və qaz ixracatından 481,2 milyon dollar və ya 80% çoxdur.