Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:14

Dövlət Miqrasiya Proqramı necə həyata keçirilir?


Bakıdakı qaçqın əfqan ailəsi, 7 may 2006
Bakıdakı qaçqın əfqan ailəsi, 7 may 2006

«Azərbaycan mənim vətənimdir, əvvəl-axır qayıdacağam, ancaq hələlik burdayıq, uşaqlar təhsil alır. Azərbaycana indi bir-iki aylıq istirahətə getmək olar, daimi yaşamağa yox».2002-ci ildən Çexiyanın paytaxtı Praqada yaşayan Böyükağa Fərəcov deyir ki, dost-tanışlarından Azərbaycana gəlib-gedənlər həyat şəraitindən narazı qayıdırlar, ona görə də hələlik o, vətənə dönməyi düşünmür.


Prezident İlham Əliyevin təsdiqlədiyi Dövlət Miqrasiya Proqramında isə bunun əksi deyilir. “Azərbaycandakı siyasi sabitlik və sosial iqtisadi inkişaf xaricə miqrasiya axınını kəskin surətdə azaldıb, əksinə həmin şəxslərin ölkəyə qayıtması üçün şərait yaranıb.”


Miqrantlara Hüquqi Yardım Mərkəzindən Əlövsət Əliyev də bu fikirlə razı deyil: «Son 10 ildə, yəni 1995-ci ildən bəri təxminən 50.000 Azərbaycan vətəndaşı xarici ölkələrə sığınacaq üçün müraciət edib».


Miqrasiya haqqında dövlət proqramının məqsədi xarici miqrasiyanı-yəni ölkəyə gəlib-gedənlərin problemlərini tənzimləməkdir. Yəni, daxili miqrantların, məsələn məcburi köçkünlərin problemlərini yox. Xarici miqrantlar dedikdə isə, qaçqınlar, qaçqın statusu almaq niyyətində olan və sığınacaq axtaran şəxslər, əməkçi, tranzit, qeyri-qanuni miqrantlar nəzərdə tutulur.


Proqrama görə, miqrasiya siyasətinin məqsədi miqrantların hüquqlarının müdafiəsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, mühacirlərin qəbulu zamanı daxili əmək bazarının tələbatı nəzərə alınaraq kvotaların tətbiqi və sairədir.


Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev sənədin təsdiqini alqışlayır. Ancaq miqrasiyayla bağlı bundan əvvəl də bəzi sənədlərin mövcud olmasına baxmayaraq, praktik işin görülmədiyini deyir. Məsələn, 1996-cı ildə Əcnəbilərin və Vətəndaşlığı Olmayan Şəxslərin Hüquqi Vəziyyəti Haqqında Qanun qəbul olunub. Nazirlər Kabinetinə tapşırılıb ki, əcnəbilərin ölkədən çıxarılması qaydalarını hazırlasın. Ancaq bu qaydalar hələ də hazırlanmayıb. Və yaxud 1997-ci ildə qanun qəbul olunmasına baxmayaraq, immiqrant vəsiqəsi barədə qaydalar da bu günə kimi hazır deyil.


Miqrasiya haqqında proqramda bir yenilik də odur ki, bundan sonra daxili bazarda əməkçi miqrantlar üçün kvota müəyyən olunacaq, yəni ölkəyə gələn mühacirlərin sayı kvota həddini keçməməlidir. Məqsəd Azərbaycanın əmək bazarını qorumaqdır.


XS
SM
MD
LG