Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 01:31

Babək qalasında 3 milli fəal həbs olunub


Azərbaycanlı fəallar Babək qalasında. Mərkəzdə hüquq müdafiəçisi Şahnaz Qulami. 2004
Azərbaycanlı fəallar Babək qalasında. Mərkəzdə hüquq müdafiəçisi Şahnaz Qulami. 2004
Azərbaycanın milli qəhrəmanı Babək Xürrəmdinin ad günü münasibətilə Babək qalasında şənlik mərasimi keçirən üç milli fəal həbs olunub.

Musa Qasimi, həbs olunanların birinin oğlu AzadlıqRadiosuna bildirib ki, atası Mustafa və onun iki dostu Babək qalasında tutulandan sonra, Əhər şəhərinin təcridxanasında göndəriliblər.
Musa bildirib ki, hazırda 10 min dollarlıq sənəd zəmanəti ilə atasını Əhər həbsxanasından çıxarmaq üçün müraciət olunub.

Musanın sözlərinə görə, atasının tutulması ilə bağlı istintaq işi başlanıb və onu işinə Əhərin İnqilab Məhkəməsi baxacaq.

Mustafa Qasimidən əlavə, Mir Musa Ziya Zərgər və Rəsul İrani də həbs olunub.
Sulduz şəhərindən olan Musa Qasimi bildirib ki, atası və dostlarını «od yandırıb, mahnı oxuyanda» tutulublar.

Qasiminin oğlu bildirib ki, bundan əvvəl, 2007-ci ilin may ayında da Ettelaat (Təhlükəsizlik İdarəsi) əməkdaşları onların evində axtarış arapdıqdan sonra atasını 18 gün təcridxanaya aparıblar.

Xatırladaq ki, 2006-cı ilin may ayında rəsmi «İran» qəzetində türkləri «tarakan» adlandırılmasına etiraz olaraq İran azərbaycanlıları etiraz aksiyaları keçirib və hər il bu hadisənin xatirəsi qeyd olunur.
XS
SM
MD
LG