Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:15

«Xarici dövlətlərə təhsil almağa bakalavrlar yox, magistrlər göndərilməlidir».


Şahlar Əsgərov
Şahlar Əsgərov
«Xarici dövlətlərə təhsil almağa bakalavrlar yox, magistrlər göndərilməlidir. Çünki Azərbaycan mədəniyyətini mənimsəməyə imkan tapmamış gəncin başqa ölkədə yad mədəniyyətin daşayıcısına çevrilmək ehtimalı daha böyükdür».

Milli Məclisin Elm və Təhsil Komitəsinin keçmiş sədri, sabiq millət vəkili Şahlar Əsgərov «İşdən sonra» veriliişndə belə deyib.

Onun sözlərinə görə, magistrlər bakalavr təhsili aldıqları müddətdə paytaxtda milli mədəniyyətin atributları ilə - ədəbi dil, mənəvi dəyərlər və sair bu kimi vacib məsələlərlə yaxından təmasda olur, başqa ölkədə yad mədəniyyətin təsiri altına düşməkdən sığortalanırlar:

«Onların təhsil aldıqları müddətdə isə geri qayıdıb vətənləri üçün çalışmalarından ötrü lazımi şərait yaradılmalıdır. İndi xaricə göndərilənlər Azərbaycanın mədəni və mənəvi dəyərlər sahəsində keçid dövrünü başa vurmasını təmin edəcək 3-cü nəsildir».

HƏMÇİNİN OXU:

«BƏZİ ÖLKƏLƏR BİZİM TƏLƏBƏLƏRİN BAŞINI DƏYİŞİRLƏR»
XS
SM
MD
LG