Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:54

Bələdiyyə üzvlüyünə namizədlərin verilməsi başa çatır


Mərkəzi Seçki Komissiyası
Mərkəzi Seçki Komissiyası
Bələdiyyə üzvlüyünə namizədlərin imza vərəqələrini və digər zəruri sənədləri dairə seçki komissiyalarına (DSK) təqdim etmək üçün müəyyənləşdirilmiş vaxt noyabrın 13-də saat 18.00-da başa çatır.

Bu barədə Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Noyabrın 12-nə olan məlumata görə, 1718 bələdiyyə üzrə 34 514 nəfərin namizədliyi təsdiqlənib, 27 177 nəfərin namizədliyi qeydə alınıb.

Dekabrın 23-də keçiriləcək seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.
XS
SM
MD
LG