Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 12:38

«Ay bələdiyyə qardaş, bizim bu problemlərə əncam çək…»


«Susuz qaldığımızdan su daşıyırıq. Gərək çox daşıyım. Qablar, paltarlar, uşaqlar çirk içindədir»
«Susuz qaldığımızdan su daşıyırıq. Gərək çox daşıyım. Qablar, paltarlar, uşaqlar çirk içindədir»
...Öz əlində suyla dolu iki çaynik, oğlunun əlində vedrə tövşüyə-tövşüyə Hüseyn Cavid küçəsini üzüyuxarı qalxırlar. Dünəndən Mehriban Mehdiyevanın yaşadığı həyətə su gəlmir. Ona görə də ana-oğul 100 metr aralıdakı həyətdən su daşıyırlar:

«Susuz qaldığımızdan su daşıyırıq. Gərək çox daşıyım. Qablar, paltarlar, uşaqlar çirk içindədir».

Mehriban Mehdiyeva deyir ki, yaşadığı həyətə qaz da yaxşı gəlmir. Baxmayaraq ki, ucqar kənddə yox, Bakıda, Yasamal rayonu ərazisində yaşayır:

«Bu gün-sabah bələdiyyə seçkisidir. Bundan əvvəlki seçkilərdə heç olmasa gəlib deyirdilər ki, yolunuzu düzəldəcəyik, suyunuzun, qazınızın gəlməsinə kömək eləyəcəyik. İndi heç onu da eləmirlər.

AY BƏLƏDİYYƏ QARDAŞ, SU PROBLEMİMƏ ƏNCAM ÇƏK

Bizim bələdiyyəyə kimlər seçiləcək, necə adamlardır, bilmirik. Bilsəydim ki, kimdir, ona deyərdim, ay bələdiyyə qardaş, ay bələdiyyə bacı, bizim bu su, qaz probleminə də əncam çək».

Problemlərindən danışan bu adamlar Yasamal rayon bələdiyyəsinin düz qonşuluğunda yaşayırlar
Mehriban deyir ki, onun təsəvvüründə bələdiyyə üzvü seçiləcək adam camaata yaxın, adamların dərdinə yanan adam olmalıdır:

«Bizim bu həyət görürsüz, nə vəziyyətdədir! Yağış yağan kimi su dolur, həyətin bu başından o başına getməyə qayıq axtarırıq, kanalizasiya da nə gündə…».

Tahirə Tağıyeva isə uçuq-sökük həyətlərinə asfalt çəkilməsini arzulayır. Deyir bundan əvvəlki bələdiyyə seçkisində heç olmasa namizədlər gəlib vəd də olsa verirdilər:

«İNDİ HEÇ VƏD DƏ VERMİRLƏR»

«Düzdür, elə vəd verirdilər».

Tahirənin qonşuları deyirlər ki, indi heç gəlib vəd də vermirlər:

«Bizim bu həyət görürsüz, nə vəziyyətdədir!..»
«Yəqin daha ona da ehtiyacları yoxdur. Bilirlər ki, seçiliblər».

Tahirə də, qonşuları da xəyallarında bələdiyyə üzvünü onlara dost, qayğılarıyla maraqlanan adam kimi təsvir edirlər:

«Bələdiyyə üzvü gərək canıyanan olsun. Yoxsa o niyə seçilir ki…Ancaq haradadır elə adam».

Problemlərindən danışan bu adamlar Yasamal rayon bələdiyyəsinin düz qonşuluğunda yaşayırlar. Qəssab Zaman kişinin sözlərinə görəsə, bələdiyyə rəhbərliyi həmişə onlara deyir ki, gəlin, dərdinizi-sərinizi deyin, qapımız həmişə açıq olur.

Ancaq mənim Yasamal bələdiyyəsinə baş çəkmək istəyim alınmadı. Bələdiyyənin həyət qapısı açıq olsa da, otaqlara açılan qapılar bağlı idi.
XS
SM
MD
LG